Yuxarı

Prezidentin Ələt fərmanı: 3 əsas hədəf – Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezidentin Ələt fərmanı: 3 əsas hədəf – Şərh

Ələt azad iqtisadi zonasına dövlət dəstəyinin artırılması ölkə iqtisadiyyatına müsbət təsir edəcək. Dünya təcrübəsində də biz bu üsulun səmərəliliyini görə bilərik. Lakin bir məsələ də var ki, gələcəkdə Ələt azad iqtisadi zonasındakı iqtisadi güzəştlər bütöv ölkədə tətbiq edilə bilər. Nəzərə alsaq ki, Azərbaycan kiçik bir ölkədir, bütövlükdə ölkə azad iqtisadi zona ola bilər.

Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli Prezident İlham Əliyevin Ələt azad iqtisadi zonasının yaradılması və fəaliyyətinin təşkili haqqında fərmanını şərh edərkən deyib.

N.Cəfərli qeyd edib ki, azad iqtisadi zonaların yaranması ümumilikdə keçən əsrin ortalarına aiddir:

“Keçən əsrin ortaları bir çox ölkədə sürətli inkişafı təmin etmək üçün bəzi iqtisadi zonalar yaradıldı. Əsasən də sərhədyanı və ya iqtisadi dinamikanın yüksək olduğu ərazilərdə bu təcrübə tətbiq edildi. Bu da öz növbəsində istehlakçıların, biznesmenlərin marağına səbəb oldu. Xüsusilə də ölkəyə xarici investisiya cəlb edilməsi baxımından çox səmərəli təcrübədir”.

Ekspert deyib ki, Ələt azad iqtisadi zonasının ölkəmiz üçün bir sıra faydaları olacaq:

“Birincisi, Abşeron yarımadası, xüsusilə də Bakı və Sumqayıt şəhərlərinin üzərinə düşən iqtisadi yük müəyyən mənada azalacaq. Bu gün bu şəhərlər ciddi sənayə mərkəzləridir. Ölkənin bütövlükdə sənaye yükünü Abşeronda cəmləmək heç də yaxşı hal deyil. Bu mənada Ələt azad iqtisadi zonası sənayeləşmənin regionlara da sıçramasına şərait yaradacaq. İkincisi, bu gün regionlardan Abşeron yarımadasına ciddi mənada insan axını var. Təbii ki, bu, paytaxtın və ətrafının əhali sayına təsir edir. Lakin Ələt azad iqtisadi zonasının yaradacağı imkanlar regionlarda da iş imkanlarını artıracaq. Beləcə regionların inkişafı əhalinin paytaxta axınının qarşısını ala bilər. Üçüncüsü, Ələt azad iqtisadi zonası ölkəyə investisiya axınını sürətləndirəcək”.

Tarix
2020.05.23 / 08:45
Müəllif
Turan Rzayev
Digər xəbərlər

Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır

Pakistanda azərbaycanlı qadına təcavüz edildi

Azərbaycanın neft-qaz sektorunda formalaşdırdığı müqavilə...

Türkiyədən Azərbaycana haqlı irad: Qardaş dar gündə...

Abbas Abbasovun nəşi Azərbaycana gətirilir

Ələkbərov bir ildə ən çox qazanan iş adamı oldu

Ərdoğan İlham Əliyevə zəng etdi

Corciya Meloni İlham Əliyevə təşəkkür etdi

General: Azərbaycana saldıranlar ağlını başına yığsın! - Video

44 günlük müharibənin ən mühüm nəticəsi... – Solonnikov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla