Yuxarı

İrəvanın Ramil həmləsi: Əsas məqsəd bu idi - Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İrəvanın Ramil həmləsi: Əsas məqsəd bu idi - Şərh

Avropa İnsan Haqları Məhkəməsinin Ramil Səfərovun işi ilə bağlı qərarı Azərbaycanın üzərinə heç bir beynəlxalq hüquqi öhdəlik qoymur.

Axar.az xəbər verir ki, bunu Avropa İnsan Haqları Məhkəməsinin Ramil Səfərovla bağlı qərarını şərh edən millət vəkili Aydın Mirzəzadə deyib.

O bildirib ki, erməni tərəfi yaşamaq hüququnun maddi aspekti məsələsində Azərbaycanın beynəlxalq hüquqi məsuliyyətinin qəbul olunmasına çalışırdı:

“Lakin onların bu iddiası təmin edilmədi. AİHM rəsmi Budapeştin hərəkətlərində heç bir qanun pozuntusu tapmayıb. Ramil Səfərov Macarıstan hökuməti tərəfindən qanuni olaraq Azərbaycana verilib və Azərbaycan Konvensiyanın müddəalarına uyğun olaraq onu qəbul edib. Avropa Məhkəməsinin qərarında nəzərə alınmalı olan əsas nüans budur.

Bu qərar ümumi tədbirlər baxımından Azərbaycan tərəfinin üzərinə heç bir öhdəlik qoymur. Qərarda maddi və ya mənəvi ziyan da daxil olmaqla, heç bir təzminat müəyyən edilməyib.

Təəssüf ki, Avropa Məhkəməsi hadisənin başvermə səbəbini araşdırmayıb və bu barədə qərarda heç bir istinad yoxdur. Səbəb isə Ermənistanın Azərbaycan torpaqlarının bir hissəsini işğal etməsi, bir milyondan çox vətəndaşımızın öz doğma torpağından qovması, on minlərlə vətəndaşımızı həyatdan məhrum etməsidir. Nəticə olaraq isə bir çox fəsadlar törənib, Ramil Səfərov da bunun mənəvi qurbanlarından biridir. Həmçinin Budapeştdə tədbir zamanı erməni zabitlərinin daima Azərbaycan nümayəndəsini və Azərbaycan dövlət atributlarını təhqir etməsi də hadisədə az rol oynamayıb”.

Deputat qeyd edib ki, Ermənistan bu məhkəmə işindən Azərbaycana qarşı bir siyasi və diplomatik təzyiq aləti kimi istifadə etmək, rəsmi Bakının üzərinə siyasi və hüquqi öhdəlik qoymaq istəsə də, bu baş tutmayıb.

Tarix
2020.05.27 / 17:20
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

İlham Əliyev Piterə gələ bilər - Peskov

Vardanyan Bakıda bu cür saxlanılır: şəraiti... - Video

Hökumə Əliyevanın ailə üzvləri Aktauya getdi - Video

Rusiyanın Türkiyəyə qarşı təxribatı - Nə baş verir?

Bu şəxslərə bayramla əlaqədar 500 manat mükafat verildi

Ermənistana investisiyalar Türkiyə üçün risklər yaradır

Ermənistana ixrac edilən neft məhsullarının ilk partiyası - Video

Qafarova Monteneqro baş nazirinin müavini ilə görüşdü

Azərbaycan şirkətləri bu ölkəyə 1 milyard yatırıb

Azərbaycan və Monteneqro memorandum imzaladı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla