Yuxarı

Səfərovla bağlı Bakıya öhdəlik qoyulub?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Səfərovla bağlı Bakıya öhdəlik qoyulub?

Bu qərar demək olar ki, obyektiv bir qərardır. Avropa İnsan Hüquqları Məhkəməsi öz presedent hüququna əsaslanan qərar qəbul edib.

Axar.az xəbər verir ki, bu sözləri Azərbaycan Televiziyasının “Hədəf” verilişində Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsində (AİHM) salahiyyətli nümayəndəsi Çingiz Əsgərov deyib.

O, bildirib ki, Avropa İnsan Hüquqları Məhkəməsinin 26 may tarixli “Makuçyan və Minasyan Azərbaycana və Macarıstana qarşı” qərarının belə olacağı təxmin edilirdi:

“Biz qərarları təhlil edəndə bilirdik ki, hansı nəticəyə gəlinə bilər. Məsələ burasındadır ki, ermənilər Məhkəmənin bu qərarını və qərarın nəticələrini təhrif etməyə çalışır. Ermənilər sübut etməyə çalışırlar ki, Ramil Səfərovun əməlinin arxasında Azərbaycan dövləti dayanır, buna görə Azərbaycan beynəlxalq hüquqi məsuliyyət daşıyır. Avropa İnsan Hüquqları Məhkəməsi isə birmənalı olaraq deyib ki, Azərbaycan Hökuməti Ramil Səfərovun əməlinə görə beynəlxalq hüquqi məsuliyyət daşıya bilməz. Bu, Məhkəmənin gəldiyi nəticədir. Ona görə, ermənilərin nəticəni təhrif etməsi təəccüb doğurur”.

Təzminat məsələsinə gəldikdə isə Ç.Əsgərov deyib ki, ilk növbədə Məhkəmənin qərarında birmənalı olaraq deyilib ki, Azərbaycan dövləti qərarın icrası üçün heç bir fərdi tədbirlər həyata keçirməməlidir. Yəni bu qərarla Azərbaycanın üzərinə heç bir öhdəlik qoyulmayıb. Təzminat məsələsinə gəldikdə isə qərarda göstərilən yalnız məhkəmə xərcləridir, ərizəçilərə hüquqi yardım göstərmiş vəkillərə pul ödənilməsidir. Bundan başqa maddi və mənəvi zərərə görə kompensasiya müəyyən edilməyib.

Tarix
2020.05.27 / 19:03
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı ilə Tiflis arasında əlaqələrin intensivliyi getdikcə artır

İranın qisas günü çatdı: ABŞ qarşısını almaq üçün sabah...

Hindistanın Bakıya “qəfil sevgisinin” səbəbləri...

İlham Əliyev Möhsün Şəntürkü qəbul etdi

Rəsmi Bakı BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu qınadı

İlham Əliyev bütün manipulyasiyalara son qoydu - Maxaşvili

Ukrayna əraziləri geri qaytarır, Rusiya zəifləyir...

İranın ABŞ-a qardaş olmasının sübutları - Şok faktlar

Putinin Azərbaycanla bağlı planı məhv oldu - Səfəryan

Macarıstan Qarabağda bu kəndin bərpasına 30 milyon ayırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla