Yuxarı

Bu rayonlara qar yağdı – Faktiki hava

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu rayonlara qar yağdı – Faktiki hava

Oktyabrın 4-ü saat 12:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Axar.az-a verilən məlumata görə, oktyabrın 4-ü saat 12:00-a olan məlumatına əsasən, ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti davam edir.

Yağıntılar ayrı-ayrı yerlərdə arabir leysan xarakterli intensiv və güclü olub. Dağlıq ərazilərə - Qrız, Xınalıq, Şahdağ, Qusar və Şahbuz rayonunun yüksəkliklərinə isə qar yağıb.

Qar örtüyünün hündürlüyü Qrızda 10, Xınalıqda 5, Şahdağda 2, Qusarda 1 sm-dir.

Qeydə alınan yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında Maştağada 37 (aylıq normanın 93%-i), Binədə 21 (aylıq normanın 75%-i), Bakıda 16 (aylıq normanın 57%-i), Sumqayıtda 5 mm-dir.

Respublikanın rayonlarında ən çox düşən yağıntının miqdarı Kişçayda (Şəki) 55 (aylıq normanın 64%-i), Qəbələdə 51 (aylıq normanın 40%-i), Sarıbaşda (Qax) 45 (aylıq normanın 36%-i), Oğuzda 45 (aylıq normanın 45%-i), Göyçayda 41 (aylıq normanın 76%-i), Astarada 30, Kürdəmirdə 26 (aylıq normanın 56%-i), İsmayıllıda 24 (aylıq normanın 32%-i), Şamaxıda 23 (aylıq normanın 30%-i), Xızıda 22 (aylıq normanın 39%-i), Yardımlıda 20, Lənkəranda 18, Gədəbəydə 17 (aylıq normanın 30%-i), Qobustanda 17 (aylıq normanın 36%-i), Lerikdə 16, Xaltanda 15 (aylıq normanın 31%-i), Sabirabadda 15 (aylıq normanın 36%-i), Göygöl, Qusarda 15, Neftçalada 14 (aylıq normanın 31%-i), Daşkəsəndə 14, Zərdabda 13 (aylıq normanın 34%-i), Mingəçevirdə 12 (aylıq normanın 30%-i), Naftalan, İmişlidə 11, Tərtər, Beyləqanda 10, digər rayonlarda isə 1-9 mm qeydə alınıb.

Tarix
2026.10.04 / 12:44
Müəllif
Axar.az
Digər xəbərlər

Kamilliyə vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

Azərbaycan bizim qardaşımızdır - Çavuşoğlu

Fələstinin Türkiyəyə minbirinci xəyanəti - Türklər “ayılacaqmı”?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla