Yuxarı

Bakıda tikilməkdə olan ev uçdu: ölən və yaralanan var

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda tikilməkdə olan ev uçdu: ölən və yaralanan var

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112" qaynar telefon xəttinə paytaxtın Suraxanı rayonu, Bahar qəsəbəsi ərazisində fərdi yaşayış evində uçqun baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən Axar.az-a bildirilib ki, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, tikilməkdə olan fərdi yaşayış evində beton plitələrin uçması nəticəsində dağıntı altında qalanların olduğu müəyyən edilib.

Xilasedicilər dağıntı altında qalaraq müxtəlif dərəcəli bədən xəsarətləri alan vətəndaş - 1966-cı il təvəllüdlü Xəlil Şərif oğlu Mehdiyevi xüsusi xilasetmə vasitələrinin köməyi ilə sağ, digər vətəndaş - 1969-cu il təvəllüdlü Cəlil Şərif oğlu Mehdiyevin isə meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Tarix
2026.10.04 / 12:08
Müəllif
Axar.az
Digər xəbərlər

Kamilliyə vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

Azərbaycan bizim qardaşımızdır - Çavuşoğlu

Fələstinin Türkiyəyə minbirinci xəyanəti - Türklər “ayılacaqmı”?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla