Yuxarı

Rusiyada 100 min ayı məhv ediləcək – Qərar

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiyada 100 min ayı məhv ediləcək – Qərar

Rusiya regionları təxminən 100 000-dən artıq ayının təcili məhv edilməsinə hazırlaşır.

Axar.az xəbər verir ki, bu barədə Rusiyanın “Maş” Teleqram kanalı məlumat yayıb.

Məlumata görə, bu tədbirlər ayıların hücumlarının artması fonunda müzakirə olunur.

Rusiya Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, 2026-cı ildə təkcə Krasnoyarsk diyarında ayılar 59 nəfərə xəsarət yetirib, onlardan altısı həyatını itirib.

Bildirilib ki, hazırda ayı ovuna verilən icazə 30 gün müddətində qüvvədədir. Əgər ovçu bu müddət ərzində heyvanı ovlaya bilməzsə, icazənin müddəti bitir və yeni icazə almaq tələb olunur. İndi isə bu sistemin, eləcə də təxminən 5000 rubl məbləğindəki rüsumun ləğv edilməsi nəzərdə tutulur. Nəticədə, populyasiyaya nəzarət məqsədilə həyata keçirilən ov pulsuz olacaq və ovçulara ovladıqları hər ayı üçün regiondan asılı olaraq 15 000 - 35 000 rubl arasında ödəniş ediləcək.

Yeni qaydalar yaxın 10-30 gün ərzində Buryatiya, Tuva, İrkutsk vilayəti, Krasnoyarsk diyarı, Yakutiya, Maqadan vilayəti və Kamçatkada qüvvəyə minə bilər.

Tarix
2026.10.04 / 13:02
Müəllif
Axar.az
Digər xəbərlər

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

İranın zərbə endirəcəyi ölkələrin siyahısı yayıldı

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla