Yuxarı

ABŞ-ın Türkiyəyə şok təklifinin səbəbi - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ-ın Türkiyəyə şok təklifinin səbəbi - Video

09:00

S-400-lər köhnə bir texnologiyanın təkmilləşdirilmiş formasıdır. Bu mənada inanmıram ki, ABŞ-ın “Patriot”larını qabaqlaya bilsin.

Bu sözləri Axar.az-a açıqlamasında Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli ABŞ-ın respublikaçı senatoru Con Tyunun S-400-ləri Türkiyədən satın almaq təklifini şərh edərkən deyib. O bildirib ki, ABŞ Türkiyəni tamamilə itirmək istəmir:

“ABŞ Türkiyənin Rusiyadan S-400-ləri almasından narahatlıq keçirir. Bunu həm respublikaçı senator Con Tyunun S-400-ləri Türkiyədən satın almaq, həm də digər respublikaçı senator Cim Rişin Ankaraya qarşı S-400-lərə görə sanksiyalar tətbiq edilməsi təkliflərindən görə bilərik. Məsələ ondadır ki, S-400-lər Türkiyə üçün həyati əhəmiyyət təşkil edir. Belə ki, Türkiyə uzun illərdir hava hücumundan müdafiə sistemləri almaq istəyir. Bu məqsədlə ABŞ-dan “Patriot” sistemləri istəsə də, Vaşinqton bu məsələdə rəsmi Ankaraya müsbət cavab vermədi. Məhz bundan sonra Türkiyə Rusiyadan S-400-ləri almaq qərarına gəldi. ABŞ isə bu məsələdən olduqca narahatdır. Birincisi, S-400-lərə sahib bir Türkiyə regionda ABŞ üçün başağrısı ola bilər. İkincisi, S-400-lərə sahib bir Türkiyənin "Patriot"lara ehtiyacı olmayacaq. Üçüncüsü, ABŞ Rusiyanın S-400-lərlə NATO sirlərini ələ keçirəcəyini düşünür”.

Politoloqun sözlərinə görə, ABŞ uzun müddətdir S-400-ləri əldə edib texniki parametrləri və digər funksiyalarını araşdırmaq istəyir:

“Rusiyanın S-400 sisteminin "Patriot"larla rəqabət apara biləcəyini düşünmürəm. Lakin bununla belə ABŞ S-400-lər üzərində araşdırma aparmaq istəyir. Bu yolla adı keçən raket sistemlərinin mənfi və müsbət yönlərini öyrənib "Patriot"lar üzərində təkmilləşmə işləri apara bilər. Lakin Con Tyunun S-400-ləri Türkiyədən satın almağı təklifi mənasızdır. Çünki Türkiyə çətin ki, belə bir şeyi qəbul etsin”.

Q.Hüseynli qeyd edib ki, Cim Rişin Ankaraya S-400-lərə görə sanksiyalar tətbiq edilməsi istəyi təhdiddən başqa bir şey deyil:

“Türkiyə Rusiyadan S-400-ü aldığı ilk gündən rəsmi Vaşinqton Ankaraya S-400-lərə görə sanksiyalar tətbiq edəcəyini deyir. Amma göründüyü kimi, Türkiyə belə hədələrə reaksiya belə vermir və yenə də öz bildiyini edir. Türkiyəni belə hədələr ilə yolundan döndərmək çətindir”.

Tarix
2020.07.01 / 10:50
Müəllif
Turan Rzayev
Digər xəbərlər

Maduronu ən yaxın adamı satıb - Məxfi sövdələşmə

Zakir Həsənov Markveyn Mallinlə görüşdü

Hikmət Hacıyevin bu sözü erməni politoloqu isterikaya saldı

Gürcüstan Qırmızı Körpüdə rüsumsuz ticarətə icazə verdi

Türkiyə və Azərbaycan arasında mühüm saziş imzalandı

Azərbaycanla münasibətlərin möhkəmləndirilməsi...

Trampın həll etdiyi yeganə münaqişə budur - Knaysl

Rus işğalına səs verən Venesuala “haqqını” aldı: Sırada bu ölkədir!

İranda etirazlar: Xalq çürümüş molla rejimini istəmir - Detallar

Maduronu 3 saata götürən “Delta”: Bu gizli qrup nəyə qadirdir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla