Yuxarı

General: “Düşmənin 50-yə qədər əsgəri məhv edilib”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
General: “Düşmənin 50-yə qədər əsgəri məhv edilib”

"Azərbaycan ordusu cəbhədə vəziyyətə tam nəzarət edir və üstünlüyə malikdir".

APA-nın məlumatına görə, bu sözləri Gürcüstanda səfərdə olan Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov deyib.

Onun sözlərinə görə, düşmənin bütün təxribatlarına həmişə layiqli cavab verilib:

"Düşmən böyük itkilər verir. Mən xüsusilə qeyd etmək istəyirəm ki, son zamanlar düşmən ordusu vahimə içindədir, Azərbaycan tərəfə keçən əsgər də bizə bu məlumatı tam şəkildə çatdırıb. Biz bundan əvvəl də müxtəlif vasitələrlə Ermənistan ordusunda gedən prosesləri izləyir, nəzarət edirdik. Bu gün Azərbaycan ordusu Ali Baş Komandanın birbaşa diqqət və qayğısı sayəsində o qədər güclüdür ki, Ermənistan bunu tam dərk edir və siz jurnalistlər də bunları onların rəsmi çıxışlarında, rəsmi saytlarında da görürsünüz. Onların son vaxtlar keçirdiyi uğursuz əməliyyatlar da bunun göstəricisidir. Son vaxtlar Ermənistan ordusu tez-tez itkilər verir və cəbhədə olan bu uğursuzluqlar onların daxili siyasətinə də təsir göstərir".

Z. Həsənov bəyan edib ki, Ermənistan bu ilin əvvəlindən 30-dan çox hərbi qulluqçu itirib:

"Ermənistan Silahlı Qüvvələri bu itkiləri gizlətsə də, özlərinin açıqladıqları rəsmi məlumatlara görə, 30 hərbçi itiriblər. Müxtəlif saytların itkilər barədə yaydığı məlumatlarda isə bu rəqəm 50-yə gedib çıxır. Bu itki yalnız bu il baş verib. Mən rəsmi olaraq deyirəm ki, bu il cəbhədə 8 hərbi qulluqçumuz şəhid olub. Biz vətənimizi qoruyuruq, şəhidlərimiz vətən uğrunda canlarını veriblər. Ermənistan hərbçiləri isə təcavüzkardır və Azərbaycan işğal olunmuş torpaqlarında xidmət edirlər. Azərbaycan prezidentinin dediyi kimi, əgər erməni əsgəri ölmək istəmirsə, Ağdama, Füzuliyə gəlməsin".

Nazir qeyd edib ki, Ermənistan ordusunda baş verən bu hərc-mərcliklər əhalinin əhval-ruhiyyəsinə də təsir edib: "Ermənistan xalqı küçələrə çıxır, nümayişlər keçirir. Onlar birbaşa Ermənistanın Müdafiə Nazirliyi, Prezident Aparatı qarşısında cəbhədə olan proseslərin, o cümlədən itkilərin gizlədilməsinə etiraz edir, qeyri-döyüş zamanı baş verənlərin araşdırılmasını tələb edirlər. Bu onu göstərir ki, artıq düşmən ordusu Azərbaycan ordusu qarşısında dura bilmir. Bu da təbiidir, çünki Azərbaycanın daxili və xarici siyasəti nəticəsində ölkəmizin iqtisadiyyatı sürətlə inkişaf edir, siyasətimizdə də çox böyük uğurlar var. Sözsüz ki, bu yüksək inkişaf bizim Silahlı Qüvvələrimizin daha da güclənməsinə və möhkəmlənməsinə birbaşa təsir göstərir".

Tarix
2015.04.02 / 17:37
Müəllif
Axar.az
Digər xəbərlər

Rəsmi Bakıdan bu ölkə ilə bağlı paylaşım

Məşhur jurnalist barədə həbs qərarı - Axtarışa verildi

İstanbuldakı 520 minlik yürüşdə Azərbaycana qarşı pankart...

Ahıl şəxslər üçün Yeni il süfrəsi: Əliyevalar da iştirak etdi

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Azərbaycan İsveçrəyə başsağlığı verdi

Erməni mediası Əliyevin çıxışından məhz bu cümləni yaydı

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi

Əliyev açıq mesaj verdi: Yalnız güclü dövlət...

MDB-yə sədrlik bu türk ölkəsinə keçdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla