Yuxarı

Formula-1-də Prezidentlə şəkil çəkdirən ailə kimdir? - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Formula-1-də Prezidentlə şəkil çəkdirən ailə kimdir? - Video

Xəbər verdiyimiz kimi, sentyabrın 26-da Bakı şəhər halqasında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışı keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri yarışı izləyiblər. Yarış günü diqqətçəkən məqamlardan biri də Prezidentin və Birinci vitse-prezidentin sosial media hesablarında qonaqlarla çəkilən səmimi fotoları olub. Bu fotolardan birində yer alan gənc ailə xüsusilə maraq doğulub.

Axar.az Unikal.az-a istinadla xəbər verir ki, şəkildəkilər Özbəkistanın məşhur blogeri Ofeliya Muradova, onun həyat yoldaşı və qızı Niyardır.

Ailə qurmazdan əvvəl daha aktiv blogerliklə məşğul olan Ofeliya həyat yoldaşının kimliyini mediadan gizlədir. O, daha çox London, Daşkənd və Bakıdan hazırladığı səyahət videoları ilə məşhurdur. Hazırda o, Bakıda yaşayır. 29 yaşlı Ofeliyanın həyat yoldaşının elə həmin yarışda Özbəkistan Prezidentinin qızı Şahnaz Mirziyayevanın həyat yoldaşı Otabek Umarovla da səmimi fotoları lentə alınıb.

Qeyd edək ki, Ofeliya 2014-cü ildən blogerlik edir. Lakin o, ailə qurduqdan sonra - artıq 3 ildir ki, paylaşımlarında özünün və azyaşlı qızının üzünü gizlədir.

Tarix
2026.09.29 / 11:24
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

İranın zərbə endirəcəyi ölkələrin siyahısı yayıldı

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla