Yuxarı

Bu islam ölkəsi də Bakıya yaxınlaşır: hədəf...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

2017-ci ildə Bakı-Tiflis-Qars dəmir yolunun istismara verilməsi Azərbaycanı qlobal layihələrin icraçısı halına gətirdi. Çünki Bakı-Tiflis-Qars dəmir yolu Böyük İpək Yolunun restavrasiyası məsələsində ən önəmli layihə idi. Bu gün bu layihəyə istər Avropa, istərsə də Asiya ölkələrinin marağı böyükdür.

Bu sözləri Axar.az-a açıqlamasında Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli Azərbaycan Prezidenti İlham Əliyev, Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov arasında keçirilən videokonfrans vasitəsilə görüşü şərh edərkən deyib. O bildirib ki, Azərbaycan Asiya və Avropanın qovşağında önəmli rola malik bir ölkədir:

“İlham Əliyev, Məhəmməd Əşrəf Qani və Qurbanqulu Berdiməhəmmədov arasında keçirilən videokonfrans bir daha bu reallığı təsdiqləyir. Prezident İlham Əliyevin görüşdə çıxışı zamanı Bakı-Tiflis-Qars dəmir yolunun inşasını “tarixi hadisə” adlandırması heç də təsadüfi deyil. Çünki bu gün Çin Böyük İpək Yolunun restavrasiyasına çalışır. Azərbaycan isə bu qlobal və bir o qədər də meqalayihədə tranzit rolunu oynayır”.

Politoloqun sözlərinə görə, Azərbaycan bir çox Asiya ölkəsi üçün Avropanın qapısıdır:

“Bu gün Azərbaycanla müqayisədə bir çox Asiya ölkəsi geridədir. Bununla belə, bu ölkələrlə Azərbaycan sıx və yaxın münasibətlər qurmaqda maraqlıdır. Xüsusilə görüş iştirakçısı olan Əfqanıstan və Türkmənistanı bu siyahıya aid etmək olar. Türkmənistan türk ölkələri içərisində fərqli mövqedə dayanır. Xüsusilə bir müddət Xəzər dənizində mübahisəli yataqlar, o cümlədən Xəzərin hüquqi statusu məsələsində bəzi fikir ayrılıqlarımız olub. Lakin Azərbaycan və Türkmənistan prezidentlərinin qarşılıqlı səfərləri iki ölkə arasında münasibətlərin dostluq və qardaşlıq səviyyəsini qorumağa və inkişaf etdirməyə təkan verdi. Eyni zamanda, ölkələr arasında iqtisadi münasibətlər böyük perspektivlər vəd edir. Misal üçün Çindən daşınan mallar Qazaxıstan üzərindən Azərbaycana gətirilir. Lakin bu malların Türkmənbaşı limanı ilə Ələtə gətirilməsi daha səmərəli ola bilər”.

Politoloq Əşrəf Qaninin çıxışı zamanı Azərbaycanın Asiya üçün əhəmiyyətindən danışmasına toxunub:

“Əfqanıstanın Azərbaycan kimi bir tərəfdaşa çox ehtiyacı var. Çünki ölkə uzun illərdir terrorçularla mübarizə aparıb və bu gün də aparmaqdadır. Həmçinin, Əfqanıstan bu gün Azərbaycanın Qafqazda oynadığı tranzit keçid rolunu öz regionunda oynamaq istəyir. Məhz bu məqsədlə də ilk növbədə bu sahədə artıq kifayət qədər təcrübəyə malik olan Azərbaycanla əməkdaşlıq etmək istəyir”.

Tarix
2020.07.04 / 08:00
Müəllif
Turan Rzayev
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla