Yuxarı

Forbes: Qafqazda dron müharibəsi başlayacaq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyaca məşhur “Forbes” jurnalının "Qafqazda qorxunc və narahatlıq doğuran dron müharibəsi" (The Weird And Worrying Drone War In The Caucasus”) adlı məqaləsində Azərbaycanla Ermənistan arasında mövcud olan hərbi qarşıdurmadan söhbət açılır.

Axar.az Musavat.com-a istinadən xəbər verir ki, məqalə David Hamblinq tərəfindən qələmə alınıb.

O, həm də texnoloya üzrə mütəxəssisdir. Britaniyalı müəllif xatırladır ki, Qafqazda unudulmuş bir müharibə var. Ancaq tərəflər (Ermənistan və Azərbaycan nəzərdə tutulur) ən müasir tələblərə cavab verə biləcək casus və hücum dronlarının əldə olunması və istehsalı baxımından ciddi rəqabətdədir.

Müəllif xatırladır ki, Sovet İttifaqı dağıldıqdan sonra yeni müstəqillik qazanmış Ermənistan ilə Azərbaycan arasında Dağlıq Qarabağa görə hərbi münaqişə baş verdi. 1994-cü ildə Rusiyanın iştirakı ilə tərəflər atəşkəsə nail oldu. Ermənistan həmin ərazilərə nəzarəti ələ keçirdi. Dağlıq Qarabağ özünü müstəqil dövlət elan etdi, "Artsax" adlanan bu subyekti isə beynəlxalq səviyyədə tanıyan olmadı. Bu ərazilər hələ də Azərbaycanın bir hissəsi hesab olunur.

2016-cı ilin aprelində baş vermiş döyüşlərə diqqət çəkən müəllif yazır ki, o vaxt hər iki tərəf yüzlərlə tələfat verib.

Həmin döyüşlər zamanı ilk dəfə Azərbaycan tərəfi İsraildən aldığı kamikadze dronlardan istifadə etdi. Erməni ordusunun hava və müdafiə sistemləri uğurlu hücumlar nəticəsində sıradan çıxarıldı. Avtobusda olan erməni hərbçiləri havadan vuruldu.

“Yerusəlim Post”a istinad edən yazar İsrailin Azərbaycana dron texnologiyasını satmasından söhbət açır. Əldə olunan texnologiya əsasında Azərbaycanın istehsal etdiyi “Zərbə” və "Skay Striker" (SkyStriker) dronlarına diqqət çəkir: “2018-ci ildə Azərbaycan şirkəti bəyan etdi ki, onlar 3 kamikadze dronu üzərində işləyirlər”.

Ermənistan tərəfi də sakit oturmamışdı.

Ermənistan 2011-ci ildən “Krunk” adlı müxtəlif modifikasiyalı dronlar istehsal edir. 2018-ci ildə Ermənistan elan etdi ki, "Artsax" da hərbi dronlar alıb. Balaca ölkədə dron istehsalı genişlənir:

”Ötən ay "Artsax"ın "müdafiə naziri" elan etdi ki, onlar yeni hücum dronunu uğurla sınaqdan çıxarıblar. Yaxın aylarda həmin dronların kütləvi istehsalına başlayacaqlar. Onlar hətta kamikadze dronun hədəfi necə vurmasını əks etdirən video-görüntülər də yaymışdı. Demişdilər ki, onların təqdim etdiyi dron qabaqcıl ölkələrin dronlarından texniki xarakteristikasına görə fərqlənmir. 2019-cu ildə isə “Şant nyus” Ermənistanın istehsal etdiyi hərbi dronların növlərini nümayiş etdirdi”.

Müəllif bildirir ki, Dağlıq Qarabağ münaqişəsində dronlar ideal hərbi texnika hesab olunur. Çünki dronlar ucuzdur, sərrastdır və pilot itkisi təhlükəsi də yoxdur. Həmçinin dron hücumlarının həyata keçirilməsini asanlıqla inkar etmək də olar.

Məqalənin sonunda deyilir ki, Azərbaycanın "AzDinamik" (AZDynamics) şirkəti aktiv şəkildə öz dron texnologiyasını ixrac etməyə çalışır. Bu isə hər kəsə bu kimi silahlar əldə etməyə imkan verir. Qafqazda başlayacaq dron müharibəsi isə hər kəsə təsir edəcək.

“Forbes”in diqqət çəkdiyi bir məqamı da vurğulayaq.

Nəşr yazır ki, Böyük Britaniya və Almaniya kimi ölkələr dron istehsalı baxımından çox geridə qalıblar. Ukrayna, Estoniya, Belarus, Ermənistan, Azərbaycan və Qazaxıstan isə bu sahədə ciddi fəallıq göstərirlər.

Maraqlıdır ki, müəllif bölgədə dron istehsalında öndə gedən Türkiyə haqqında heç bir şey yazmayıb. Halbuki İsrail ilə yanaşı, Azərbaycanda Türkiyə texnologiyası da var. Bu amil də dron baxımından Azərbaycana ciddi üstünlüklər verir.

Tarix
2020.07.05 / 22:10
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla