Yuxarı

"Onun erməniləri müdafiə etməsini anlamaq mümkün deyil"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin tutarlı dəlil-sübutlarla Ermənistanın təcavüzkar siyasəti ilə yanaşı, erməni rəhbərliyinin korrupsiyaya bulaşması faktlarını ifşa etməsi tək Azərbaycan cəmiyyətinə deyil, ermənilərin özlərinə də yaxşı məlumdur. Bu tənqidlərin torpaqlarımızı işğal etmiş düşmənlərdə ciddi narahatlıq yaratması başa düşüləndir.

Axar.az xəbər verir ki, bunu Baş nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov Feysbuk hesabında bildirib.

Əli Əhmədov qeyd edib ki, lakin nə qədər qəribə olsa da, Prezident İlham Əliyev tərəfindən erməni rəhbərliyinin ifşa edilməsinə ermənilərdən daha tez milli şura tərəfindən etirazlar səsləndirilməyə başlandı:

"Milli şuranın başında duran Cəmil Həsənlinin internet televiziyalarından birinə verdiyi müsahibəsi insanda belə təsəvvür yaradır ki, vaxtilə həbs olunan bir korrupsionerin “hüquqlarının” müdafiəsi komitəsinə rəhbərlik edən tarix professoru indi Prezident İlham Əliyevin amansızcasına ifşa etdiyi Ermənistan rəhbərliyinin “hüquqlarını” müdafiə komitəsi təsis edib. Əks halda, onun bu dərəcədə canfəşanlıqla erməni korrupsionerlərinin müdafiəsinə qalxmasının motivlərini başa düşmək mümkün deyil".

"Mən dəfələrlə radikal müxalifətçilərin Azərbaycan hakimiyyətinə qarşı mübarizə aparmaq naminə irticaçı qüvvələrlə, hətta erməni millətçiləri ilə əməkdaşlığa hazır olduqlarını qeyd etmişəm. Növbəti dəfə onların bu yolda milli xəyanətdən belə çəkinmədiklərinin şahidi oluruq. Gözləndiyi kimi, milli şuranın milli xəyanəti erməni təbliğatının diqqətindən yayınmadı. Sosial media səhifələrində Cəmil Həsənli başda olmaqla milli şura üzvlərinin Azərbaycana atdığı böhtanlar erməni millətçilərinin əlində ölkəmizə qarşı apardıqları çirkin təbliğat kampaniyasında “tutarlı arqument” kimi istifadə olunur", - deyə Əli Əhmədov bildirib.

YAP-ın Sədr müavini Əli Əhmədov qeyd edib ki, bu insanların torpaqlarımızı işğal etmiş təcavüzkarların təbliğatçılarının dilindən yalnız “uvajaemıy muallim” (ermənilərin Azərbaycana qarşı hazırladıqları videoçarxlarda Cəmil Həsənlini belə adlandırırlar) epitetini qazanmaq naminə Azərbaycanın maraqlarını satmağa hazır olduqlarını düşünmək bəlkə də sadəlövhlük olardı:

"Bu qədər ermənipərəstliyin, erməni heyranlığının, indiki erməni rəhbərliyinin təbliğində canfəşanlığın səbəbi olmaya bilməz. Yəqin ortada sövdələşmə qaydalarının bütün məqamlarının gözlənilməsi yox deyildir. Vaxtilə həmin cəbhəyə aid olan, şərti şəkildə desək, neytral zona olan Tiflisdə ermənilərlə Ruslan Bəşirli sövdələşməsi yaddaşlardan silinməyib. Lakin istənilən halda milli şura üzvlərinin yalan və böhtanları ölkəmizə qarşı aparılan erməni təbliğatında həvəslə istifadə olunur. Necə deyərlər, milli şura növbəti dəfə erməni dəyirmanına su tökməklə məşğuldur. Müasir siyasi leksikonda isə bunun adı xəyanətdir".

Tarix
2020.07.06 / 20:08
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

Onlar Qafqazda yeni böyük yanğını alovlandırmaq istəyir

AK Ermənistana 33 milyon avro ayıracaq

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla