Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
15 Avqust 2020


Pandemiya dövründə neçə ölkəyə yardım etmişik?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biz bu günə qədər 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı göstərmişik. Onu deyə bilərəm ki, biz bu haqda heç məlumat da vermirdik. Çünki biz bunu piar üçün yox, sadəcə olaraq, ölkələrə həmrəylik borcu kimi edirdik. Ancaq bir neçə dövlət başçısı mənə təşəkkür məktubu ünvanladıqdan sonra bu, artıq bilindi və biz də əlbəttə ki, bunu gizlətmirik. Əksinə, hesab edirəm ki, bu, bizim böyük üstünlüyümüzdür. Çünki hətta çətin bir dövrdə biz 30-dan çox ölkəyə yardım göstərmişik və düz etmişik.

Axar.az xəbər verir ki, bunu Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində bildirib.

"Əlbəttə, məhz çətin günlərdə ölkələr bir-birinə dəstək verməlidirlər. Yaxşı günlərdə hər kəs yaxşı sözlər deyə bilər, yaxşı bəyanatlar verə bilər. Ancaq biz bu həmrəyliyi sözdə yox, əməldə göstərməliyik və bunu göstərmişik. Hesab edirəm ki, buna görə ölkəmizin beynəlxalq mövqeləri daha da möhkəmlənib. Onsuz da Azərbaycan dünyada çox yüksək imicə malik bir ölkədir. Son hadisələr bunu bir daha təsdiqlədi. Bu humanitar və maliyyə yardımı bir daha onu göstərir ki, ilk növbədə, Azərbaycan ayaqda möhkəm duran ölkədir və çətin dövrdə özünə qapanmır. Əksinə, bu dövr ərzində bizim təşəbbüslərimiz, o cümlədən beynəlxalq müstəvidə təşəbbüslərimiz beynəlxalq əməkdaşlığı təşviq edən təşəbbüslərdir. Burada Azərbaycan dünya miqyasında çox önəmli rol oynayan ölkə kimi özünü bir daha təsdiqləyib.

İkincisi, bizim fəlsəfəmiz belədir. Mən əminəm ki, əgər kimsə yardım üçün müraciət edirsə, imkan daxilində o xahişlər təmin olunmalıdır. Çünki biz ancaq əməkdaşlıq, xeyirxahlıq, yardım və dəstək hesabına daha çox dost qazana bilərik. Biz bunu ardıcıllıqla, düşünülmüş siyasətlə etmişik. Biz heç vaxt hansısa bir ölkənin çətin vəziyyətindən istifadə edib özümüz üçün nəyisə qoparmağa çalışmamışıq. Həmişə kömək etməyə çalışmışıq. İndi kim bunun qədrini bilir, sağ olsun, kim bunu unudur, özü bilər. Hər halda bizim vicdanımız təmizdir. Bu dövrdə biz, əlbəttə, bundan sonra da yardımları göstərə bilərik və edəcəyik. O cümlədən biz Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar ianə verdik. Birinci ianə sırf onların öz planlarını həyata keçirməsi üçün idi. İkinci ianə isə pandemiyadan ən çox əziyyət çəkən və ən ağır vəziyyətdə olan Qoşulmama Hərəkatına üzv ölkələrə nəzərdə tutulur. Biz digər beynəlxalq təşkilatlara maliyyə yardımı göstərmişik. Yenə də deyirəm, hesab edirəm ki, tamamilə düzgün addım atmışıq", - Prezident vurğulayıb.

Tarix
2020.07.07 / 01:22
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

BƏƏ-dən ağır zərbə: Türkiyə bunu xəyanət saydı

BBC Nikolu darmadağın etdi: sensasion suallar... - Video

Türk generalları Bakıda: “Hədəf”in müzakirəsi... - Video

Ermənilərin təxribatı bir günün işi deyildi - Deputat

İpoteka ilə bağlı Baş nazirdən qərar

Eldar Həsənova qarşı sürülən ittihamlar bəlli oldu

Səfir həbs olundu: Prezident məşhur çıxışında nə demişdi?

Nazirdən yeni təyinat: Sarıyev idarə rəisi oldu

Mustafayev Yankauskasla görüşdü: Aİ ilə yeni saziş...

İrəvana daşınan silah: Tiflis razı olmadı, qardaşlarımız isə...

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla