Yuxarı

Elman Rüstəmovun üzvlüyü təsdiq olundu

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Elman Rüstəmovun üzvlüyü təsdiq olundu

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmovun yenidən AMB-nin İdarə Heyətinə üzvlüyü bu gün Milli Məclisin plenar iclasında müzakirə olunaraq təsdiq edilib.

Report-un verdiyi xəbərə görə, E.Rüstmovun namizədliyi artıq 5-ci dəfədir ki, prezident tərəfindən təklif edilir.

Xatırladaq ki, E.Rüstəmov 1992-ci ilin dekabrında Azərbaycan Respublikası Milli Bankı İdarə Heyəti sədrinin birinci müavini vəzifəsinə, 1995-ci ilin yanvarında prezidentin sərəncamı ilə Azərbaycan Milli Bankı İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib.

2000-ci ilin aprelində 5 il müddətinə, daha sonra 2005-ci və 2010-cu illərdə daha 5 il müddətinə Milli Bankın İdarə Heyətinin sədri vəzifəsinə təyin olunub. o, həmçini Dünya Bankının Azərbaycan üzrə sədridir.

E.Rüstəmov 1973-cü ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu "Xalq təsərrüfatının planlaşdırılması" ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 1986-cı ildən iqtisad elmləri namizədidir, 1990-cı ildən 1992-ci ilədək Moskva şəhərində doktoranturada təhsil alıb.

2011-ci ildə Lomonosov adına Moskva Dövlət Universitetində "Dünya iqtisadiyyatı" ixtisası üzrə iqtisadiyyat elmləri doktoru dərəcəsini alıb. İqtisadiyyat, maliyyə və bank işi üzrə çoxsaylı elmi məqalələrin və nəşrlərin müəllifidir.

2012-cı ilin fevral ayında Azərbaycanın bank işinin inkişaf etdirilməsindəki xidmətinə görə "Şöhrət"ordeni ilə təltif edilib.

Bundan başqa, iclasda Xəqani Abdullayevin də AMB-nin İdarə Heyətinin üzvü vəzifəsinə namizədliyi müzakirə edilərək qəbul olunub.

Tarix
2015.04.03 / 12:50
Müəllif
Axar.az
Digər xəbərlər

Həyat yoldaşımla Şuşada daha çox qalmaq üçün... - Səfir

Qardaş ölkə Ermənistana səfir göndərdi - İlk dəfə

Qarabağa səfərlərin təşkili mühüm əhəmiyyətə malikdir

Diplomatlar Ağdərə və Kəlbəcərə yola düşdü

Trampın Ukrayna uğursuzluğunun səbəbi - Səfir açıqladı

Hikmət Hacıyev Şuşanın balaca sakinləri ilə görüşdü

Azərbaycana buna görə minnətdarıq - ABŞ

Britaniya Rusiyanın itkilərini açıqladı - Dəhşətli rəqəmlər

Ermənistanın Kərki kəndi olacaq, amma... - Paşinyan

Azərbaycanla Türkiyə arasında sənəd imzalandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla