Yuxarı

Bakı NATO-ya etiraz məktubu göndərdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı NATO-ya etiraz məktubu göndərdi

Azərbaycan NATO Parlament Assambleyasına (PA) qurumun iyunda Ermənistanda keçirilməsi nəzərdə tutulan "Rouz-Rout" seminarı ilə bağlı etiraz məktubu göndərib.

APA-nın məlumatına görə, məktubda seminarın İrəvanda keçirilməsindən imtina edilməsinə dair çağırış yer alıb.

Azərbaycanın NATO PA-da nümayəndə heyətinin üzvü, deputat Siyavuş Novruzov bildirib ki, bununla bağlı ötən gün qurumun Belqradda keçirilən seminarında Azərbaycan nümayəndə heyəti rəhbərliyə və üzv ölkələrə açıq çağırış edib. Bundan sonra ölkəmizin qurumdakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov tərəfindən Baş Katibliyə rəsmi etiraz məktubu göndərilib.

S. Novruzov Azərbaycan tərəfinin bu etirazı və tələbi üçün tutarlı faktları sadalayıb: "Bir müddət əvvəl İrəvanda keçirilən beynəlxalq tədbirdə Moldova Ombudsmanı Aureliya Qriqoriu ədalətli fikrinə görə orada iki gün həbsdə saxlanıldı və beynəlxalq təşkilatların sərt müdaxiləsindən sonra azadlığa buraxıldı. Həmçinin Azərbaycanın ATƏT PA-dakı nümayəndələri qurumun İrəvandakı tədbirinə yollandığı zaman Ermənistanın əvvəlcədən verdiyi zəmanətə baxmayaraq, bir sutka aeroportun zirzəmisində saxlanıldılar. Bundan başqa öz yurdlarına səfər edən 3 nəfər kəlbəcərlidən birini öldürdükdən sonra ikisi üzərində qondarma məhkəmə quraraq girova çeviriblər. Bu kimi faktların çox olduğunu deyərək belə bir mötəbər tədbirin Ermənistanda keçirilməsinin düzgün olmadığını bildirdik. Bizim bu tələbimizə Türkiyə, Balkan ölkələri və digərləri dəstək verdilər".

Tarix
2015.04.04 / 16:40
Müəllif
Axar.az
Digər xəbərlər

Ukrayna Xəzərdə gəmimizi vurdu, ölü və yaralılar var - İran

Ölkəmizlə bağlı qərəzli, qeyri-obyektiv sənəd...

Rusiyadan Azərbaycana pul köçürmələri dayandırıldı - Səbəb

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

Möhsün Yazıçıoğlu sui-qəsdin qurbanı olub - 17 illik sirr açıldı

MM-dən ABŞ Konqresinin qanun layihəsinə kəskin etiraz

7 ölkə İranla savaşa girir? - Ekspert

Prezident onu Türkiyəyə səfir təyin etdi

Prezident onu Özbəkistana səfir göndərdi

İlham Əliyev Mirziyayevin ad gününü təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla