Yuxarı

Ali Baş Komandanın əmrini gözləyirik - Qaraqoyunlu

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bütün dünyanın pandemiya ilə mübarizə apardığı bir dövrdə ermənilər növbəti dəfə öz çirkin əməllərinə əl atdılar. Bu addım insanlığa qarşı törədilən təxribatdır. Ermənistanı şiddətlə qınayırıq. Düşmənə lazımi cavabı verən Azərbaycan isə öz ordusunun gücünü və qüdrətini bir daha dünyaya göstərdi.

Axar.az xəbər verir ki, bu sözləri İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin (İSTAD) sədri Səfər Qaraqoyunlu bildirib.

Yaxın keçmişdə Azərbaycanın Tovuz bölgəsini ziyarət edən dərnək rəhbəri deyib:

“Ötən gün ermənilər tərəfindən Azərbaycanın Tovuz bölgəsinə açılan atəş nəticəsində igid oğullarımız şəhid olub, yaralı əsgərlərimiz var. Bölgəmizin sülhə və sabitliyə ehtiyac duyduğu bir zamanda Ermənistan növbəti dəfə belə bir çirkin addım atdı. Lakin onlar bilməlidilər ki, qarşılarında qüdrətli Azərbaycan ordusu ilə yanaşı, qardaş Türkiyə Respublikası da var. Biz, 81 milyonluq Türkiyə və 300 milyonluq türk dünyası olaraq Ali Baş Komandan tərəfindən veriləcək əmri gözləyirik. Hamımız Azərbaycanın ərazi bütövlüyü və haqlı davasında qardaşımızın yanındayıq. Ermənilər artıq bunu başa düşməlidilər ki, nəinki Azərbaycan torpağının bir hissəsi, hətta bir çınqıl daşı belə, onlara verilməyəcək. Əlbəttə ki, biz bölgədəki sabitliyin pozulması və ya müharibə tərəfdarı deyilik. Bölgədə sülh və əmin-amanlığın daimi olmasının yeganə yolu var, o da, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından dərhal qeyd-şərtsiz çəkilməsidir”.

Tarix
2020.07.13 / 21:48
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla