Yuxarı

Praqada "Qarabağ Azərbaycandır!" posteri - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Praqada "Qarabağ Azərbaycandır!" posteri - Foto

Çexiyanın paytaxtı Praqa şəhərinin mərkəzi körpülərindən birində "Qarabağ Azərbaycandır!" şüarı yazılmış iri poster asılıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən Axar.az-a verilən məlumata görə, aksiya Çexiyada yaşayan azərbaycanlı gənclərin təşəbbüsü ilə gerçəkləşdirilib.

Çex dilində yazılmış posteri Çexiyanın Prezident Sarayına, ölkənin Baş nazirinin iqamətgahına və Nazirlər Kabinetinin inzibati binasına aparan yolun üzərindəki körpüdə yerləşdirilib. Məqsəd ölkənin dövlət xadimlərinin və yerli ictimaiyyətin diqqətini müstəqil Azərbaycan dövlətinin əzəli torpaqları olan Dağlıq Qarabağ və ona bitişik 7 rayonun hələ də Ermənistanın işğalı altında qaldığına, BMT-nin məlum 4 qətnaməsinə baxmayaraq, hələ də Azərbaycanın ərazi bütövlüyünün təmin olunmadığına cəlb etməkdir.

Qeyd edək ki, sabah Praqada soydaşlarımız Ermənistanın işğalçı siyasətinə və hərbi təxribatlarına son qoyulması, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi, ölkəmizin ərazi bütovlüyünün təmin olunması tələbilə etiraz aksiyası keçirəcək. Aksiya zamanı dövlətimizə, xalqımıza, ordumuza və xarici ölkələrdə Ermənistanın təcavüzkar siyasətinə etiraz səsini ucaldan dünya azərbaycanlılarına dəstək ifadə olunacaq.

Tarix
2020.07.24 / 11:46
Müəllif
Axar.az
Digər xəbərlər

Kuşnerə 1 milyard köçürülüb? – Azərbaycanın ”məsuliyyəti”...

İrəvan sülh sazişini ləngidərsə, Bakı tədbir görəcək

Azərbaycanlıların olduğu gəmiyə hücum... - Leyen

Ərəblər Azərbaycana dəstək bəyanatı yaydı

Prezidentlə Cayşankarın görüşünə dair - Videoçarx

Ceyhun Bayramov Hindistana dəvət edildi

Çalışmışam ki, öz işimlə onu məyus etməyim - Prezident

Hindistan və Azərbaycan bu barədə razılığa gəldi

Hindistan Bakı və İrəvan arasında sülhü alqışlayır

Azərbaycanla Hindistan arasında fikir müxtəlifliyi var idi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla