Yuxarı

Rəsmi Bakı slovakiyalı sabiq spikerə qarşı cinayət işi açdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rəsmi Bakı slovakiyalı sabiq spikerə qarşı cinayət işi açdı

Frantişek Mikloşko Azərbaycan Cinayət Məcəlləsinin iki maddəsi ilə təqsirli bilinir.

Azərbaycanın işğal altında olan ərazilərinə qanunsuz səfər etmiş Slovakiya vətəndaşı barəsində cinayət işi başlanıb.

APA-nın əldə etdiyi məlumata görə, adı "Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı"nda adı yer almış Slovakiya vətəndaşı Frantişek Mikloşko (František Mikloško) Azərbaycan Cinayət Məcəlləsinin 281.2 (bir qrup şəxs tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar) və 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə təqsirli bilinir.

Radikal fikirləri ilə seçilən Frantişek Mikloşko Azərbaycanın işğal olunmuş ərazilərinə dəfələrlə qanunsuz səfər edib, işğal olunmuş ərazilərdə keçirilən qondarma seçkilərdə "müşahidəçi" kimi iştirak edib.

O, qanunsuz rejimin beynəlxalq səviyyədə təbliğ edilməsi məqsədilə 25 may 2010-cu ildə İrəvanda keçirilən mətbuat konfransında "qondarma parlament seçkiləri müstəqillik haqqında özünəməxsus referendumdur", "Qarabağın gələcəyi Ermənistanla birlikdə konfederasiyada birləşməkdədir" bəyanatları verib.

Növbəti ictimai çıxışlarında isə o, separatçı Dağlıq Qarabağ rejimi barədə "müstəqil dövlət kimi qəbul olunmalıdır", "bizim üçün müstəqil dövlətdir" kimi Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına çağıran açıq çağırışlar edib.

O, dini zəmində nifrətə çağıran ifrat bəyanatların da müəllifidir.

Frantişek Mikloşko Xristian Demokrat Hərəkatından Slovakiya Milli Şurasının, 1990-1992-ci illərdə Slovakiya Milli Şurasının spikeri olub.

2010-cu ildən ölkə daxili siyasətdən ayrıldığını iddia edir.

Tarix
2015.04.10 / 21:10
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan-ABŞ strateji tərəfdaşlığı müzakirə edildi

Azərbaycan şəhəri bu şəhərlə qardaşlaşa bilər

Qriqoryandan demarkasiya ilə bağlı açıqlama

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir - Boçorişvili

Sikorskinin dünyanı silkələyən çıxışı: Sergey, bosuna de... - Video

Azərbaycan Fələstin dövlətçiliyinə dəstəyini bir daha təsdiqlədi

Ceyhun Bayramov Ferid Hoxa ilə görüşdü

Bunu Azərbaycandan alacağıq, Türkiyə ilə də... - Simonyan

BMT kürsüsündən İranı “məhv etmək”lə hədələdi...

Oğlumla gəlinim buna görə istintaqa cəlb olunmuşdular

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla