Yuxarı

YAP-dan Papanın "soyqırım" bəyanatına münasibət

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
YAP-dan Papanın "soyqırım" bəyanatına münasibət

"Roma Papası bu bəyanatı verməzdən əvvəl gərək götür-qoy edərdi".

Bu barədə Trend-ə Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov Roma Papası Fransiskin 1915-ci il hadisələrinin ermənilərə qarşı "soyqırım" olması barədə bəyanatına münasibət bildirərkən deyib.

O, qeyd edib ki, bu cür yanlış bəyanatlar dinlər arasında soyuqluğun yaranmasına xidmət edir.

S.Novruzov bildirib ki, erməni diasporu uzun müddətdir ki, qondarma "erməni soyqırımı"nın tanıdılması ilə əlaqədar müxtəlif ölkələrdə və təşkilatlarda təbliğat işləri aparır: "Bunlar hamışı yanlışdır, tarixdə belə bir şey olmayıb, bu bəllidir, lakin ermənilər lobbiləri vasitəsilə ayrı-ayrı ölkə başçılarını, din xadimlərini yoldan çıxararaq düzgün olmayan məlumatlar əsasında onların belə bəyanatlar verməsinə nail olmağa çalışırlar. Hər il çalışırlar ki, ABŞ prezidentlərini də belə bir bəyanat verməyə təhrik etsinlər, ancaq ABŞ prezidentləri heç vaxt bu qondarma "soyqırımı" tanımayıblar".

Millət vəkili Roma Papasının öz bəyanatlarında diqqətli olmasının vacibliyini qeyd edib: "Gərək Roma Papası götür-qoy edib sonra bəyanat verərdi. Çünki Roma Papası dövlət başçısı olmaqla yanaşı, bütün dünya katoliklərinin rəhbəridir. Bu bəyanat dinlər arasında soyuqluğun yaranmasına da xidmət edə bilər".

Tarix
2015.04.13 / 16:04
Müəllif
Axar.az
Digər xəbərlər

MN məlumat yaydı

Naxçıvana hücumla bağlı cinayət işi açıldı

İranın hücumu: Bayramov Fidanla danışdı

Azərbaycanla bağlı yaxşı hal baş verir

İlk dəfə deyil, İran Azərbaycana qarşı terror həyata keçirir

Küveytdən İranın Naxçıvana hücumuna reaksiya

Məndən başqa heç kim İran üçün bunu etməyib - Prezident

Ordumuz bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib - Prezident

İran xahiş etdi, göstəriş verdim, dedim ki... – İlham Əliyev

Bu şərəfsizlər peşman olacaqlar - İlham Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla