Yuxarı

Çin bu türk ölkəsini ələ keçirir – Şok

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Mərkəzi Asiya ölkələrinə qarşı sərt güc siyasətindən istifadə etdiyi halda, Çinin bu ölkələrə yanaşması tam fərqlidir. Pekinin Mərkəzi Asiya ölkələrinə ümumi investisiyası 300 milyard dolları ötüb. Yəni Çin regionun türk ölkələrinə iri kapital qoyaraq həm onların inkişafını təmin edir, həm də öz sənayesinə xammal cəlb edir.

Bu sözləri Axar.az-a iqtisadçı Natiq Cəfərli Çinin son illərdə Mərkəzi Asiya ölkələrinə artan investisiya dəstəyi və yumşaq güc siyasəti haqda danışarkən deyib. O bildirib ki, Çin Mərkəzi Asiya respublikalarına 90-cı illərdən etibarən ciddi maraq göstərməyə başlayıb:

“Hətta 8 il öncə Tacikistanın bir qisim ərazisini 500 milyon dollara almışdı. Maraqlı məqam ondan ibarətdir ki, Çinin Tacikistandan aldığı ərazi başdan-başa qayalıqdan ibarət idi və heç bir mahiyyət kəsb etmirdi. Lakin sonra məlum oldu ki, həmin qayalıq ərazidə böyük miqdarda yeraltı mineral su ehtiyatları var. Bu hadisə belə Çinin yaxın illərdə Mərkəzi Asiyaya nüfuz etmək istədiyinin göstəricisi idi.

Bu gün Çin Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistanda öz iqtisadi təsirini günbəgün artırır. Xüsusilə Türkmənistanla münasibətlərdə bu, daha aydın hiss olunur. 2019-cu ildə Orta Asiyanın təbii qazla ən zəngin ölkəsi olan Türkmənistan ixrac etdiyi 31.6 milyard kubmetr qazın çox hissəsini Çinə satıb. Bu, Çinin boru kəmərlərilə idxal etdiyi 47.7 milyard kubmetr qazın 66%-nə bərabərdir. 2019-cu ilin sonuna qədər Türkmənistan Çinə toplam 250 milyard kubmetrdən artıq təbii qaz ixrac edib. Türkmənistanın 9 milyard dollar olduğu təxmin edilən xarici borcunun 8 milyard dollardan çoxu bu ölkənin qaz infrastrukturunu inkişaf etdirmək üçün Çinin verdiyi kreditlərdir”.

N.Cəfərli vurğulayıb ki, Mərkəzi Asiya ölkələrinin, xüsusilə də Türkmənistanın Çinlə yaxınlaşmasının və bu ölkəyə neft, qaz satmasının əsas səbəbi Avropa bazarlarına çıxa bilməməsidir:

“Region ölkələrinin Avropa bazarına çıxa bilməməsinin başlıca problemi Transxəzər boru kəmərinin olmamasıdır. Digər tərəfdən İran və Rusiya da bu məsələyə isti baxmır. Transxəzər boru kəmərinin olmamasının Azərbaycan üçün elə bir təsiri yoxdur. Çünki Azərbaycan öz neft və təbii qazını TANAP, TAP boru kəmərləri vasitəsilə Avropa bazarına çıxara bilir. Hazırda bu boru kəməri ilə 30 milyard kubmetr satışı etmək mümkündür. Lakin biz ən yaxşı halda 10 milyard kubmetr qaz satışı edə bilirik. Yaxşı olardı ki, Transxəzər boru kəməri reallaşsın və Türkmənistan, Qırğızıstan qazı Xəzər dənizi vasitəsilə TANAP və TAP boru kəmərlərinə qoşulsun”.

Tarix
2020.08.27 / 09:00
Müəllif
Turan Rzayev
Digər xəbərlər

Tovuz döyüşləri: Erməni obyektləri "Harop"la belə vuruldu - Video

Azərbaycan bu seçkilərdə qələbə qazandı

Anar Abdullayev həbs olundu

PKK tərk-silah olur: ilk qrupun silahları yandırmasının mənası...

Quterreş Əliyevlə Paşinyanın görüşünü yüksək qiymətləndirdi

Putin postsovet ölkələrinə müdaxilə üçün fərman imzaladı

Azərbaycan Ukraynaya indiyədək nə qədər yardım edib?

Rusiyanın Azərbaycana qarşı şaftalı savaşına Belarus da qoşuldu

Xameneinin Azərbaycana nifrətinin əsl səbəbi - İsrail KİV

BƏƏ-də tarixi görüş: İranın “qırmızı xətti” artıq yoxdur!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla