Yuxarı

İranla yeni döyüş bu qədər çəkəcək - İsrail

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İranla yeni döyüş bu qədər çəkəcək - İsrail

İranla döyüşlərin ən azı bir neçə gün davam edəcəyini gözləyirik, hətta müharibənin yenidən tam şəkildə başlaması ehtimalı da var.

Axar.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (ÇAXAL) açıqlama yayıb.

Bildirilib ki, gecədən bəri indiyədək İran İsrailə ən azı 20 ballistik raket atıb: “Bu raketlər ya zərərsizləşdirilib, ya da açıq ərazilərə düşüb”.

Bundan əlavə, İranın dəstəklədiyi Yəməndəki husilər bu səhər İsrailə iki ballistik raket atıblar. Məlumata görə, raketlərdən biri vurularaq məhv edilib, digəri isə ölkəyə çatmayıb.

İsrail bu hücumlara cavab olaraq indiyədək İrana qarşı iki hava zərbələri dalğası həyata keçirib.

ÇAXAL-ın məlumatına görə, zərbələr yalnız İsrail tərəfindən həyata keçirilir, lakin ABŞ Mərkəzi Komandanlığı - CENTCOM ilə tam koordinasiya mövcuddur. ABŞ hərbçilərinin də İranın İsrailə atdığı raketlərin zərərsizləşdirilməsində iştirak etdiyi bildirilir.

Eyni zamanda, vurğulanıb ki, ÇAXAL-ın Baş Qərargah rəisi general-leytenant Eyal Zamir CENTCOM rəhbəri admiral Bred Kuperlə üç dəfə telefon danışığı aparıb.

Qeyd edək ki, daha əvvəl “Axios” nəşri ABŞ Silahlı Qüvvələrinin İsrailin İran ərazisinə endirdiyi cavab zərbələrində iştirak etmədiyini bildirib.

Tarix
2026.06.08 / 14:15
Müəllif
Axar.az
Digər xəbərlər

Sinin Trampa İran müharibəsi ilə bağlı mesajı...

Konqresin erməni şəbəkəsi: Bakıya qarşı oyun başlayır

Bakı-Ankara münasibətləri Astananı da narahat edir

Azərbaycan şirkətlərini Ukraynaya dəvət edirik - Şmıqal

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Səfirimiz Binəli Yıldırımla görüşdü

Ərdoğan Bakıya gəlir: Pərdəarxası məqamlar...

Şövkət Mirziyayev İlham Əliyevi təbrik etdi

BTQ-nin gənclər platformasına 40 ölkə qoşuldu

Türk əsgəri İran tərəfdən açılan atəşlə şəhid olub?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla