Yuxarı

Rus müşahidəçi Ermənistanda təzyiqdən şikayətçidir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rus müşahidəçi Ermənistanda təzyiqdən şikayətçidir

Adətən MDB ölkələrində keçirilən seçkilərdə formal olaraq iştirak edən “MDB missiyası” Ermənistandan şikayətçi olub.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Seçki Komissiyasının və MDB missiyasının müşahidə qrupunun üzvü Lyudmila Markina danışıb.

O iddia edib ki, bir qrup naməlum şəxs MDB missiyasının müşahidəçilərindən Ermənistanın Sərdarabad (Armavir) bölgəsindəki seçki məntəqəsində aşkar edilən pozuntu ilə bağlı hazırlanan protokolu məhv etməyi tələb edib.

“Missiyanın işi çərçivəsində aşkar edilmiş çatışmazlıqlar və pozuntular barədə hesabatlar hazırlayırdıq. Pozuntu aşkar etdikdən sonra onlar (müşahidəçilər) protokol tərtib edirdilər. Məntəqə komissiyasının üzvləri bunu görüb ayağa qalxdılar və sənədlərin məhv edilməsini tələb etdilər. Müşahidə missiyasının üzvləri səlahiyyətləri daxilində işlərini yerinə yetirdikləri üçün sənədi məhv etməkdən imtina etdilər. Hadisə yerində olan polis isə baş verənlərə müdaxilə etmədi. Nişansız insanların onları mütəşəkkil şəkildə əhatə etməsi olduqca xoşagəlməz bir vəziyyət idi.

Belə bir hadisə baş verdi və onu uğurla həll edə bildik, amma buna baxmayaraq, həmkarlarımız üçün çox narahat idik. Çünki qrup qadınlardan ibarətdir və bura başqa bir ölkədir və məntəqə ucqar bir ərazidə yerləşir”, - o bildirib.

Qeyd edək ki, rusiyalı müşahidəçi ucqar məntəqədə hansı pozuntunun baş verdiyini açıqlamayıb.

Tarix
2026.06.08 / 14:53
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Azərbaycan İsraildəki səfirini geri çağırdı? - Təcili

Efirdə AzTV sədri ilə mübahisə, batan “T” və ayaqqabı...

Zimbabve parlamentinin spikeri Azərbaycana gəldi

Uşağın polis helikopterinə "salamı": mükafat aldı - Video

Azərbaycan XİN bu ölkəni təbrik etdi

Azərbaycan Belarusa ATƏT PA-da dəstək verdi

Televiziya son 10 ilini yaşayır - Qasımov

Prezidentin qərarı bu sahənin inkişafına təkan olacaq - Video

Rusiyada xristianları oruc tutmağa çağırdılar - Qalmaqal

ABŞ səfirliyi buna görə Azərbaycana təşəkkür etdi - Foto

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla