Yuxarı

Məşhur azərbaycanlı sənətşünas İradə Berq vəfat etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məşhur azərbaycanlı sənətşünas İradə Berq vəfat etdi

Məşhur azərbaycanlı sənətşünas və Sankt-Peterburq Yazıçılar İttifaqının üzvü İradə Berq 53 yaşında vəfat edib.

Axar.az xəbər verir ki, bu barədə şəhərin Mədəniyyət Komitəsinin mətbuat xidməti məlumat yayıb.

"İradə Tofiq qızı Berq (Vovnenko) vəfat edib. Onun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Xatirəsi həmkarlarının, dostlarının və yaradıcılığına toxunan hər kəsin qəlbində yaşayacaq", - deyə məlumatda bildirilib.

İrada Berqin ölüm səbəbi və vida mərasimi ilə bağlı hələlik məlumat açıqlanmayıb.

Qeyd edək ki, İradə Berq 5 yanvar 1973-cü ildə Sankt-Peterburqda memar və riyaziyyatçı Tofiq Həsənovun ailəsində anadan olub. Atası Tofiq Həsənov çoxuşaqlı ailədə böyüyüb və valideynlərini erkən yaşlarında itirdikdən sonra uşaq evində tərbiyə alıb. O, Bakı Politexnik İnstitutunu bitirdikdən sonra təhsilini Leninqradda (indiki Sankt-Peterburq) davam etdirib və burada ailə qurub.

Tarix
2026.07.05 / 22:52
Müəllif
Axar.az
Digər xəbərlər

Avropa Birliyinin səfiri Azərbaycan dilini öyrənir

Nəcibə Nəsibova bu universitetə rektor təyin olundu

“Azərpoçt”da böyük kadr dəyişikliyi - Siyahı

İranın AzTV-yə qarşı addımı ilə bağlı bəyanat yayıldı

Bu türk ölkəsi ilə 5 ildə ticarət 13 dəfə artıb

Fransanın bu bəyanatları qəbuledilməzdir - XİN

KMBİ fişinq şəbəkəsinin daha iki üzvü saxlanıldı - DİN

İlham Əliyev bu liderlərlə Qolf Klubunun açılışında - Foto

Axtarışda olan şəxs Azərbaycana ekstradisiya olunur

Çolpon-Atada Əliyevin səfərinə həsr olunmuş banner

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla