Yuxarı

Karantində artıq çəkidən xilas olmaq üçün... – Həkim

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Karantində artıq çəkidən xilas olmaq üçün... – Həkim

Pandemiya və karantin rejimi səbəbilə idman zalları bağlı olduğu üçün bir çox şəxs artıq çəkidən xilas olmaq üçün pəhriz saxlayır. Bəzən bu pəhriz proqramları onların səhhətində özünü müxtəlif formalarda göstərir və fəsadlar yaradır.

Məsələ ilə bağlı Axar.az-a açıqlama verən diyetoloq Tutu Zeynalova bildirib ki, əksər insanlar pəhrizin mahiyyətini yanlış anlayır:

“Pəhriz sağlam qidalanmaq, orqanizmin ehtiyacı olan vitamin və mineralları balanslı şəkildə qəbul etmək deməkdir. “Pəhriz” sözünü “aclıq” ilə sinonim kimi qəbul etmək yanlışdır, çünki bu, orqanizmə ziyan vura bilər.

Pandemiya dövründə ən çox fəsadların artıq çəkili insanlarda olduğunu müşahidə etdik. Belə ki, artıq çəkili insanlarda şəkərli diabet, ürək-damar xəstəlikləri və s. riski daha çoxdur. Ümumiyyətlə, artıq çəki immun sistemini zəiflədir və bu şəxslər virusa yoluxduqları zaman daha çox və kəskin fəsadlarla üzləşirlər. Artıq çəki varsa, ondan xilas olub güclü immunitet qazanmaq mümkündür. Amma həkim nəzarəti olmadan, özbaşına tətbiq olunan kəskin diyetlər və ya uzunmüddətli aclığa üz tutmaq olmaz. Əksinə, orqanizmə lazım olan mineral və vitaminləri balanslı şəkildə qəbul etmək lazımdır”.

Diyetoloq pandemiya səbəbilə idman zallarının bağlı olduğuna baxmayaraq, insanlara parklarda və küçələrdə gəzməyə qadağa qoyulmadığını xatırladıb:

“Karantini bəhanə etmədən, hər bir şəraitə uyğunlaşıb, gündəlik fiziki aktivliyimizi piyada gəzərək, rəqs edərək və ya daha başqa yollarla təmin edib, çəkimizi normada saxlaya bilərik”.

Tarix
2020.08.28 / 08:30
Müəllif
Xədicə Nəbiyeva
Digər xəbərlər

Ceyhun Bayramov Çinin XİN rəhbəri ilə görüşdü

Sərdar Berdiməhəmmədov Azərbaycana gəldi

İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

İlham Əliyev qonaqların şərəfinə ziyafət verdi

İlham Əliyev Tacikistan prezidenti ilə görüşdü

İlham Əliyev Şövkət Mirziyayevlə görüşdü

Azərbaycanda mina qurbanlarının sayı açıqlandı

Baxçalı Azərbaycanla bağlı bu mesajı verdi

Rusiya hücumu: azərbaycanlı ailənin mənzili dağıldı - Foto

İlham Əliyev İsrail prezidenti ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla