Yuxarı

Ramil Həşimli CWASOS-un vitse-prezidenti seçildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lor Hospital-ın otorinolarinqoloqu, Azərbaycan Otorinolarinqologiya Cəmiyyətinin İdarə Heyətinin üzvü və Mərkəzi və Qərbi Asiya Qulaq, Burun, Boğaz və Baş-Boyun Cərrahiyyəsi Birliyi (CWASOS) təşkilatının qurucu baş katibi Dosent Dr. Ramil Həşimli növbəti mühüm uğura imza atıb.

CWASOS 4-cü Konqresi 2025-ci il iyun ayında Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçirilib. Beynəlxalq tədbir çərçivəsində region ölkələrinin tanınmış otorinolarinqoloqlarının iştirakı ilə elmi müzakirələr aparılıb, müasir yanaşmalar və əməkdaşlıq imkanları nəzərdən keçirilib. Konqresin təşkilat komitəsinin üzvü kimi çıxış edən Dr. Ramil Həşimli elmi panel və sessiyalarda fəal iştirak edərək birliyin inkişafına əhəmiyyətli töhfələr verib.

Tədbir çərçivəsində keçirilmiş səsvermə nəticəsində Dosent Dr. Ramil Həşimli CWASOS-un Vitse-Prezidenti vəzifəsinə seçilib. Bu təyinat, onun beynəlxalq elmi dairələrdə nüfuzunun, bölgədə tibbi təhsil və elmi əməkdaşlığın təşviqinə verdiyi töhfələrin yüksək qiymətləndirildiyinin göstəricisidir.

Qeyd edək ki, hazırda CWASOS-a 7 ölkə – Azərbaycan, Türkiyə, Türkmənistan, Qazaxıstan, Özbəkistan, Tacikistan və Qırğızıstan üzvdür. Təşkilatın əsas məqsədi bölgədə fəaliyyət göstərən qulaq, burun, boğaz və baş-boyun cərrahiyyəsi üzrə mütəxəssislər üçün davamlı tibbi təhsil imkanlarının yaradılması və gənc həkimlərin inkişafına dəstək göstərilməsidir.

Dosent Dr. Ramil Həşimlinin bu vəzifəyə seçilməsi Lor Hospital kollektivi üçün qürurverici hadisə olmaqla yanaşı, ölkəmizin tibb ictimaiyyətində artan nüfuzunun da təzahürüdür.

Tarix
2025.07.07 / 11:45
Müəllif
Axar.az
Digər xəbərlər

Bu, insanlar üçün davamlı təhlükədir - PA rəsmisi

Bakı qazı Suriyanın iqtisadi bərpasının təminatıdır - Səfir

Zəngəzur anlaşması: İlham Əliyev tələb etdi, İrəvan razılaşdı

Sabah Bakıda İsrail və Suriya rəsmiləri görüşəcək

ABŞ diplomatı Şəhidlər xiyabanında - Foto

Şlyapa Zahidə hökm oxundu

Kiyev Moskva ilə Bakı arasında təxribat törətməyə hazırlaşır

Qusmanın dövlət mükafatları ləğv edilsin - Mironov

Azərbaycan qazının Suriyaya nəqli bu tarixdən başlayır

Rusiya DİN Şıxlinskini axtarışa verdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla