Yuxarı

Putin niyə Bakıya məhz Kurenkovu göndərir?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putin niyə Bakıya məhz Kurenkovu göndərir?

Xəbər verdiyimiz kimi, Teleqram kanalları Moskva-Bakı münasibətlərindəki gərginliyin həlli üçün Rusiya nümayəndə heyətinin Azərbaycana səfərinin gözlənildiyini bildirir. Heyətə Rusiyanın fövqəladə hallar naziri, general-polkovnik Aleksandr Kurenkov rəhbərlik edəcəyi iddia olunur. O, rəsmi Bakıya Prezident Vladimir Putinin şəxsi mesajını çatdıra bilər.

Axar.az xəbər verir ki, Bakıya göndəriləcəyi iddia edilən nümayəndə heyətinə rəhbərliyin Kurenkovun edəcəyi təsadüfən yaranmayıb. Kurenkovu Azərbaycanla rəsmi, eyni zamanda şəxsi əlaqələr də bağlayır. O, ötən ilin yanvarında da Azərbaycana səfər etmiş və ən yüksək səviyyədə görüşlər keçirmişdi.

Qeyd edək ki, Kurenkov 2 iyun 1972-ci ildə Moskva vilayətində anadan olub. 1998-ci ildə Moskva Dövlət Bədən Tərbiyəsi Akademiyasını, 2004-cü ildə isə Moskva Psixoloji və Sosial İnstitutunu bitirib. 1995-1999-cu illərdə Moskva məktəblərinin birində bədən tərbiyəsi müəllimi işləyib. 1999-cu ildə Rusiya təhlükəsizlik orqanlarına işə qəbul olunub. 1999-2002-ci illərdə Rusiya FTX-də müxtəlif vəzifələrdə, 2002-2021-ci illərdə Rusiyanın Federal Mühafizə Xidmətində çalışıb. 2021-2022-ci illərdə Rusiya Federasiyası Milli Qvardiya Qoşunlarının Federal Xidmətinin köməkçisi, sonra direktor müavini olub. 25 may 2022-ci ildə Rusiya Prezidentinin Fərmanı ilə o, Rusiya fövqəladə hallar naziri təyin edilib.

Tarix
2025.07.07 / 12:54
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

Pilotun aşkar edilməsi tapşırıqları icra olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla