Yuxarı

Ermənilərin həyasız müzakirəsi: Goranboyu işğal edək! - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

09:12

İrəvanın Azərbaycanın işğal olunmuş ərazilərində yaratdığı separatçı rejimdə inanılmaz işğal müzakirələri gedir.

Axar.az erməni mediasına istinadla xəbər verir ki, bir neçə gün öncə Qarabağın erməni icmasının gəncləri ilə görüşündə “dqr”in “təhlükəsizlik şurası”nın “katibi” Samvel Babayan Azərbaycan ərazilərinin növbəti işğal planı çərçivəsində Goranboyu ələ keçirməyin “sərfəli olmadığını” deyib.

“Sabah müharibə başlasa və uğur qazansaq, biz Şaumyan (Goranboy) rayonunu işğal etməyəcəyik. Çünki nefti olmayan bir bölgədən ötrü qan tökmək mənasızdır. Mən onun yerinə Gəncəni işğal edərdim”, - deyə Babayan sarsaqlayıb.

Digər erməni “qəhrəmanı”, erməni silahlı birləşmələrinin veteranı Kamo Arutyunyan isə Babayanla razılaşmayıb. Onun sözlərinə görə, ermənilər Goranboyu işğal etməyə “borcludur”:

“Əgər Xəzər dənizinə çatmaq istəyirsinizsə, Goranboy rayonu kimi bölgələrdən keçməli olduğunuzu bildirməliyəm. Sözügedən bölgənin iqtisadiyyatı barədə danışsaq, ora elə də zəngin deyil. Qızıl, mədən və neftə gəldikdə, orada dəfələrlə geoloji işləri aparılıb və məlum olub ki, rayonun yeraltı sərvəti yox dərəcəsindədir.

Amma Goranboy yeganə bölgədir ki, buranı ələ keçirməklə Azərbaycanın əsas düzənlik mərkəzlərinə nəzarəti ələ ala bilərik. Bu ərazilərin arasına Gəncə və Mingəçəvir kimi şəhərlər də daxildir”, - zehni inkişafdan qalan Kamo Arutyunyan bildirib.

Xatırladaq ki, bir ölkənin ərazisinin işğalı haqda belə “müzakirədən” dəhşətli və həyasız fakt tapmaq mümkün deyil. Ermənistan və onun rəhbərliyi beynəlxalq hüququn bütün normalarına tüpürərək, Azərbaycan ərazilərini işğal etdiyini və bu işğalı davam etdirmək niyyətini açıqcasına ortaya qoyur.

Bundan əvvəl də Qarabağ separatçı-terrorçularının lideri Araik Aruyunyan sülh danışıqlarının dayandırılmasını, 100 minlik “xalq ordusu” yaradılmasını, həmçinin Gəncə şəhərinə zərbə endirilməsi gərəkdiyini bildirmişdi.

Son günlər ciddi şəkildə müharibəyə hazırlaşan terrorçu Ermənistandakı bu müzakirələr isə müharibədən başqa alternativ qoymur.

Tarix
2020.09.09 / 21:01
Müəllif
Zaur, Süleyman
Digər xəbərlər

Qaz limitinin artırılması ilə bağlı təklif!

Heç vaxt belə olmamışdı: iki nazirimiz gecə 4-də…

Dünyanın ən ucaboy liderləri: Əliyev və Ərdoğanın yeri...

Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirildi

Bu nazirliyin tabeliyindəki qurumların sayı artırıldı - Qərar

Adil Kərimli BMT forumu üçün Portuqaliyaya getdi

Ədalət Verdiyev həbs olundu

İrandan 100 minlərlə insan Azərbaycana qaça bilər - Video

Bir gündə “Azimut”un ikinci “Superjet”i qəza enişi etdi

Papikyan sərhədimizə gəldi: "cəbhə xətti" eyhamı - Foto

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla