Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
30 Sentyabr 2020


Hərbçimiz düşmənə bu şansı verdi - Polkovnik

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu il iyul ayında Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu hissəsində düşmənin törətdiyi təxribat nəticəsində baş vermiş döyüşlər zamanı Ordumuzun nəyə qadir olduğunun bir daha şahidi olduq.

Axar.az xəbər verir ki, bu sözləri Qaynarinfo.az-a açıqlamasında ehtiyatda olan polkovnik-leytenant Namiq Qasımov deyib.

Polkovnik-leytenant bildirib ki, ən müasir silahlarla təchiz olunmuş Ordumuzun bölmələri düşmənə pilotsuz uçuş aparatlarından, dəqiq vuran silahlardan sarsıdıcı zərbələr endirirdilər:

"Yüksəkliklərdən çəkilmiş həmin zərbələrin videoçəkilişlərini Azərbaycan vətəndaşları da, elə düşmən ölkə olan Ermənistan vətəndaşları da izləmək imkanı qazanmışdı. Həmin kadrlar Ordumuzun son illərdə qazandığı peşəkarlığı, yüksək təchizat və təminatını açıq-aydın göstərmirmi? Bu uğurları Vətənimizi sevən hər bir kəs, hesab edirəm ki, ürəkdən alqışlayır.

Amma təəssüflər olsun ki, bu yaxınlarda kimsə hərbçilərimizin sayıqlığı nəticəsində ön xətt bölmələrimizin ələ keçirdiyi erməni zabitinin video çəkilişini edərək sosial şəbəkələrdə paylaşmış, özünü "qəhrəman” kimi göstərməyə çalışmış, bununla Ermənistan tərəfinə yersiz bəyanatlar vermək üçün imkan yaratmışdı. Halbuki düşmən zabitinin ələ keçirilməsində, bildiyimə görə, onun zəhməti olmayıb.

Bu qədər ağılsızlıq etmək olarmı? Axı, Orduda hamı yaxşı bilir ki, smartfon telefonların istifadəsi qadağandır. Və o da sirr deyil ki, bu məhdudlaşdırmanın səbəbi informasiyaların məxfiliyini qorumaq, düşmənə ordumuz barədə məlumatlardan yararlanmaq imkanı verməməkdir. Onu da qeyd edim ki, bu qaydanı pozmuş hərbi qulluqçular hərbi hissələrdə aşkar edildikdə dəfələrlə ciddi cəzalandırılıblar. Ön xətdə qulluq etmiş hərbçi bəyəm bunları bilmir?"

"Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu hissəsində ermənilər təxribat törətdikdə vətənpərvər soydaşlarımız məlumatlarımızı düşməndən qorumaq barədə paylaşımlar edirdilər. Buna ancaq sevinmək olar. Vaxt var idi ki, döyüş texnikası yerdəyişmə edərkən, təlimə gedərkən və ya çöl çıxışları edərkən smartfon telefonlarla çəkilişlər aparıb internetdə paylaşır, bununla da ordumuzun hərəkəti barədə düşmənə informasiya vermiş olurdular. Azərbaycan Ordusunda smartfon telefonların qadağan edilməsinin bir əsas səbəbi də budur və hamı bu qaydaya ciddi əməl etməlidir" - deyə Namiq Qasımov bildirib.

Tarix
2020.09.14 / 11:54
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Daha bir erməni generalı məhv edildi - Foto

Təhsil sistemi ilə bağlı NK-dan - Qərar

Ağdamda 97 ev və obyekt dağıdıldı

Yaxın Şərqdən olan erməni etiraf edir ki... - Hikmət Hacıyev

Əgər tərəflər danışıqlar masasına otursa... - Kavtaradze

Ermənilər mülki obyektləri vurur, qarşı tərəf isə... - Avstriya KİV

Dağlıq Qarabağ üçün Cənubi Tirol modeli... - Raffaelli

Ermənistan ordusu bugünkü itkilərinin sayını açıqladı

Erməni ordusunun 8 “Qrad”ı məhv edildi - Video

Azərbaycan bütün dünyaya göstərdi ki... - Türkiyə

KULT
<>
Xəbər xətti
 
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla