Yuxarı

“Ermənistanı qatillər, canilər idarə edir”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin "Yeniçağ" qəzetində Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalovun müsahibəsi dərc olunub.

Teleqraf.com müsahibəni oxucularımıza təqdim edir:

"Yeniçağ" qəzetində danışan Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov Avropa Prlamentinin qondarma "soyqırımı" qətnaməsində sərhədlərin şərtsiz açılması barədə müddəanın da yer aldığına diqqət çəkərək, bunun Türkiyə ilə torpaqlarının 20 faizi erməni işğalı altında olan Azərbaycanın münasibətlərini gərginləşdirməyə xidmət edən bir tələ olduğunu söyləyir.

2009-cu ildə "sərhədləri açırıq" adlı çılğın layihə açıqlandığı zaman tanımışdıq Həsən Zeynalovu. O zaman Azərbaycanın Qarsdakı baş konsulu idi.

"Naxçıvanda, Şərurun Yengicə kəndində doğulmuşam. Türkiyəyə bağlılığım doğulduğum gündən, doğulduğum yerdən, ailəmdən başlayır. Atan da, anam da müəllimdirlər. Bizi Türkiyə sevdasıyla böyütdülər..." deyə özü haqqında söz açır Həsən Zeynalov. Kiçik yaşlarında Türkiyədən ən çox Rəşad Nuri Güntəkini oxuyub. Ən çox sevdiyi əsər isə "Çalıquşu" olub.

Ağrının o biri tayı

Qulağı radiodan eşitdiyi Türkiyə türkcəsində, gözləri "ona baxa-baxa böyüdük" dediyi Ağrı dağında keçmiş uşaqlığı. Halbuki bizim "Türkiyəli" cızmaqaraçılara görə, Ağrının o biri tayı ermənilərin "həsrətini" çəkir...

"Ağrının o tayı, bu tayı yox",- deyir Həsən Zeynalov: "İki tərəfi də türk. Ağrı dağının ətrafında erməni olmayıb tarix boyu. Stalinin və ondan öncəkilərin yürütdüyü siyasət nəticəsində türk torpaqlarına erməniləri yerləşdiriblər. Türkiyədən qorunmaq üçün bu millətə ehtiyacları vardı… Tarixi Azərbaycan torpaqlarında ermənilərə dövlət qurublar. Bu o demək deyil ki, Ağrının o tayı ermənilərindi.

İrəvanla mənim doğulduğum kənd arasında 40-50 kilometr məsafə vardı. Uşaqlıq illərində vaxtımızın çoxunu İrəvanda keçirdi. Orada da Azərbaycan türkcəsində danışardıq. Müxtəlif illər ərzində türkləri tamamilə o torpaqlardan çıxartdılar. Xanımımın anasının babası da İrəvanlıdı. 1948-ci ildə deportasiyaya məruz qalıblar".

24 aprellə ilk tanışlığı da yenə İrəvanda olub Həsən Zeynalovun: "Bizə yaxın ermənilər o zaman bizə deyərdilər ki, burada daşnaksütunçular da var. Ortalığı qarışdırmaq istəyirlər. Əgər zəruri deyilsə, bu günlərdə İrəvana gəlməyin, ehtiyatlı olun".

Müharibə başlaya bilər

Prezident İlham Əliyevin Praqada Türkiyə əleyhinə danışan Ermənistan prezidenti Serj Sarkisyanın sözünü kəsib "Sən burada Türkiyədən kimsə yox deyə belə sərbəst danışırsan. Amma mən burdayam. Mən cavab verəcəyəm" çıxışından sonar Avropa Parlamentinin qondarma "soyqırım" qətnaməsinə də ən sərt təpki Azərbaycandan gəldi.

Həsən Zeynalov Bakının qətnaməni qınadığını xatırlatdı: "Bu əgər 100 il öncə baş verən soyqırım idisə, o zaman demokratik Avropa, demokratik ABŞ bunu qəbul etmək üçün nədən 100 il gözləyirdi? Məgər soyqırımın tərifi şərtlərə görə dəyişir? Vatikan bunu indi başa düşüb?

Əsil hədəfləri bütün dünyada hökmranlıq etmək, bütün ölkələri özlərinə tabe etdirməkdir. Avropa Parlamenti öz qərarında bütün Avropa ölkələrini 24 apreli soyqırım olaraq qəbul etməyə məcbur edir. Budur demokratiya? O ölkələrin öz iradələri yoxdu? Avropa İttifaqına və ABŞ-a görə demokratiya da, insane haqları da yalnız onların özləri üçündür… Bu çox təhlükəlidir və ermənilərə də heç bir faydası yoxdur. Belə yanaşmalar yeni bir qütbləşmə yarada, dünya müharibəsinə yol aça bilər. "Soyuq müharibə başa çatdı, rahat nəfəs ala bilərik" deməyə imkan tapmamış islam coğrafiyasında müsəlmanın müsəlmana qırdırıldığı qanlı müharibələrdə milyonlarla insane öldü. Bu etnik münaqişələri kim qızışdırır? İslam adına terror qruplarını kim formalaşdırır?

1500 ildən sonra "radikal", "elmli" adları altında təriqətləri İslam dünyasına kim ortaya çıxarır?

Böyük tələ

Həsən Zeynalova görə Avropa Parlamentinin qərarının bir hədəfi də Azərbaycanla Türkiyənin münasibətlərini pozmaqdır: "Qətnamənin 4-cü maddəsində Türkiyədən Ermənistanla imzaladığı protokolları şərtsiz həyata keçirilməsi istənilir. Türkiyənin sərhədləri açmaq üçün isə şərti Ermənistanın Azərbaycan torpaqlarının işğalına son verməsidir. Son verdimi? Bu tələ bir millət iki dövlətin münasibətlərini pozmaq üçündür. Bu antidemokratik, anti insani qərar bird aha göstərdi ki, bizim tək çıxış yolumuz bir-birimizə daha sıx birləşməkdir…"

Türkiyə daha nə etsin?

Demokratik dünyanın (!) "barbar"dan "soyqırımçı"yadək alnımıza vurmağa çalışdığı bir damğa var üzərimizdə… Həsən Zeynalov isə əksinə həddən artıq humanist olduğumuzu deyir: "Əsil soyqırım 1905-1918-ci illərdə ermənilər tərəfindən Azərbaycan türklərinə qarşı törədilib. Amma nə oldu? Biz onları yenə qoynumuzda yatırdıq. 1988-ci ildən başlayaraq yenə bizə xəyanət etmək yolunu tutdular. Türkiyə ermənilər üçün daha nə etməlidir ki? Mallarını-mülklərini alıblar, gözəl-gözəl binalar inşa edirlər, iqtisadiyyatlarını böyüdürlər. O pullarla "erməni ideologiyası"nı inkişaf etdirirlər. Türkiyədə oturub sərbəst şəkildə Türkiyənin əleyhinə danışırlar. Çox önəmli vəzifələrə gətirilirlər və bu vəzifələrdə belə "soyqırım" deyə bilirlər. Türkiyədə 100 min erməni qanunsuz yaşayır və işləyir. Ermənistanın cəmi 1,5 milyon əhalisi var. Hər işçi orada 3 nəfərə baxsa, o zaman belə anlaşılır ki, Ermənistana Türkiyə baxır. Ermənilərin Türkiyəyə vəfa borcu var. Türk millətinin humanistliyindən kürəyimizə xəncər vurmağınıza rəğmən burada yaşaya bilirsiniz. Ermənilər bu iftiraları qınadılarmı? Mən eşitməmişəm".

Düşmənə sərhəd açılmaz

Bir "sərhəd açılsın" nağılı başına götürüb Türkiyəni… Gerisini Həsən Zeynalovun dilindən eşidək: "Ermənistanın Konstitusiyasında Türkiyənin şərq və cənub-şərq rayonları erməni torpaqları kimi göstərilir. Bu düşmən hərəkətidir. Düşmənə sərhəd açılarmı? Hansı sərhədləri açmaqdan danışırlar? Tanımadıqları sərhədi necə açacaqlar? Öncə sərhədlərimizi tanısınlar, sonra baxarıq necə açılacağına…"

Qatillər idarə edir

Həsən Zeynalov "Türkiyə haqqında çox danışa bilərəm, amma bir cümlə ilə mən türkəm və Türkiyəni də çox sevirəm" deyir. Qars-İqdır sevdasından day an keçə bilmir. 6 il çalışdığı bu bölgəyə sevgisi başqadı: "Orada özümü evimdə hiss etdim. Bütün məsələlərdə xalqın dəstəyini gördüm. Onlar məni sevdi, mən də onları…

"Qafqaz festivalı adı altında erməniləri gətirənlər və Avropadan gələnlər şəhəri qarışdırmaq, Azərbaycan türkləri ilə fərqli etnik kökə sahib olan qrupları üz-üzə qoymaq üçün çox çalışdılar. Amma xalq çox sağlam dayandı, provokasiyaya getmədi. Oarada getmədiyim kənd qalmadı. Qarsda, Ərzurumda, İqdırda haranı qazsanız toplu məzar çıxır. Erməni zülmündən qaçanlar canlarını qurtarmaq üçün çayın o biri tərəfindən bu taya gəlmişdilər. İndi sərhəd açılarsa buradan hara gedəcəklər? Xalq sərhədin açılmasına imkan verməz. Birdəki Ermənistanla hansı problemləri həll edə bilərk ki? Ermənistanı qatillər, canilər idarə edir. Onlar orada olduğu müddətdə nəyi həll eəcəksiniz? Bu ölkənin prezidenti, xarici işlər naziri, müdafiə naziri... hamısı canidir. Bizə qarşı soyqırım həyata keçirənlər..."

Xocalının qanı qurumayıb

Həsən Zeynalov Azərbaycan torpaqlarının hələ də işğal altında olmasına baxmayaraq, "demokratik dünya"nın 100 il öncə baş verməmiş bir hadisənin izinə düşməsinə üsyan edir: "Hələ Xocalı soyqırımının qanı qurumayıb. Şahidləri, günahkarları, fotoşəkilləri, videoları var... Niyə bir dəfə də olsun müzakirə etmədilər? Onminlərlə günahsız insan qətlə yetirilib, 1 milyon türk qaçqın vəziyyətdədir. Azərbaycan torpaqlarının 20 faizi işğal altındadır. Heç birinə diqqət yetirmirlər. BMT-nin soyqırımla bağlı 1948-ci ildə qəbul etdiyi sənəd var. Xocalıda baş verənlər o sənədin hər kəlməsinə uyğun gəlir.

BMT-nin işğal altında olan Azərbaycan torpaqlarının azad edilməsi ilə bağlı 4 qətnaməsi var. Bu qətnamələr nə zaman həyata keçiriləcək? İşlərinə yarayanda? Prezident Rəcəb Tayyib Ərdoğan da, elm adamları da dəfələrlə deiblər ki. arxivlər açıqdı, araşdırsınlar. Qaçmırıq ki! Mən elə hiss edirəm ki, Avropa Parlamentinin qətnaməsi artıq son nöqtədir, bir mesajdır. Oturub yaxşı-yaxşı düşünməliyik. Bu basqıların qarşısında dayanmaq üçün birlikdə olmalıyıq. Ətrafımızı özümüzə dost etməliyik".

1 günə İravəna gedə bilərik

Azərbaycanın iqtisadi və hərbi gücü ortalıqdadı. İstər-istəməz belə bir sual çıxır ortaya: O zaman nədən işğalın davam etməsinə gözü yumur?

- Biz torpaqlarımızı bir günə erməni işğalında qurtara bilərik. Azərbaycan bir dövlətə yaraşanı edir. Beynəlxalq hüquq normalarına uyğun əlaqələr qurur, həqiqəti anlatmağa çalışır. Biz qan tökmək istəmirik, yoxsa Qarabağı bir gündə ala bilərik. İrəvana da gedə bilərik. İqtisadi gücümüz də, hüquq da buna imkan verir. ATƏT-in Minsk qrupu davamlı olaraq "müharibə olmasın" deyir. Ermənistan hər dəfə növbəti provokasiayaya əl atır. Səbrimiz qalmayıb. Dövlətimizin də, xalqımızın da… Çox gözlədik.

Ayağım dəysin, yetər...

"İşğal bitsin, o torpaqlara gedim, ayağım dəysin, yetər. İnsan özünü günahkar hesab sayır. Mənim torpağım işğal altındadırsa, dik gəzə bilmərəm. Bu ləkəni siləcəyik. Bunun başqa yolu yoxdu. Bir qarış torpağımız da ermənistana qalmayacaq".

Tarix
2015.04.21 / 12:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla