Yuxarı

“Abşeron” yatağı buna görə vacibdir - Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Abşeron” yatağı buna görə vacibdir - Şərh

“Abşeron” yatağı təkcə daxili tələbatı deyil, eyni zamanda ölkəmizin xarici bazarlara çıxış imkanının da artmasına gətirib çıxaracaq. Bu yatağın mövcud potensialı və əldə edilən gəlir hesabına qeyri-neft sektorunun inkişaf etdirilməsi mümkündür.

Bu sözləri Axar.az-a iqtisadçı alim, millət vəkili Vüqar Bayramov Prezident İlham Əliyevin Bakı Dərin Özüllər Zavodunda “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirakı haqda danışarkən deyib.

Millət vəkilinin sözlərinə görə, Azərbaycanın həyata keçirdiyi neft strategiyası yalnız neft sektorunun inkişafı üçün deyil, eyni zamanda qeyri-neft sektorunun maliyyə təminatının gücləndirilməsi üçün vacibdir:

“Bu baxımdan “Abşeron” yatağı Azərbaycanın neft-qaz strategiyasının həyata keçirilməsi baxımından önəmlidir. Bu yatağın ümumi ehtiyatı 360 milyon kubmetrdir. Eyni zamanda yataqda 100 milyon ton kondensat var ki, bu da yatağın əhəmiyyətini göstərən əsas faktorlardan biridir.

Azərbaycan 1994-cü ildə Əsrin müqaviləsini imzaladıqdan sonra həm mövcud təbii ehtiyatlarının səmərəli istifadə edilməsi, həm də xarici bazara çıxarılması siyasətini davam etdirir. Eyni zamanda bu, iqtisadiyyatdakı balansın və inkişafın qorunub saxlanması baxımından çox vacibdir”.

Tarix
2020.09.21 / 15:54
Müəllif
Turan Rzayev
Digər xəbərlər

Bunu Əliyev etmişdi: müxalifətə cavab verəcəm - Erməni bloger

Erməni separatçılarının şikayətlərinə baxıldı: Dəlillər...

Azərbaycan və Serbiya arasında siyasi məsləhətləşmələr

Paşinyanın arvadı müraciət yaydı: Həyatım təhlükədədir!

AzTV-yə qarşı qərardan sonra İrana gedən akademik…

İranın bu addımı qərəzli yanaşmadan başqa bir şey deyil

Putinin Əliyevə zəngi... – Kreml şərh etdi

Tacikistandakı səfirimiz də geri çağırıldı - Yeni təyinat

Prezident Qazaxıstandakı səfirimizi geri çağırdı - Yeni təyinat

Hindistandakı səfirimiz geri çağırıldı - Yeni təyinat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla