Yuxarı

"Qarabağda ermənilər tərəfdə 6 min muzdlu döyüşüb"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Qarabağda ermənilər tərəfdə 6 min muzdlu döyüşüb"

Bu gün Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) rusiyalı tarixçi və hüquqşünas Oleq Kuznetsovun "XX əsrdə transmilli erməni terrorizmi: Tarixi-kriminoloji tədqiqat" adlı kitabının təqdimat mərasimi keçirilib.

Publika.az-ın məlumatına görə, tədbirdə çıxış edən müəllif deyib ki, keçmiş SSRİ məkanında azərbaycanlılara qarşı müharibəyə Yaxın Şərq ölkələrindən, eləcə də Cənub-Şərqi Avropadan, Qərbi Avropadan və ABŞ-dan erməni millətindən olan 6 minə yaxın xarici muzdlu hərbçi cəlb olunub. Onun sözlərinə görə, Dağlıq Qarabağdakı müharibə erməni milliyyətçiliyinin Azərbaycan xalqına qarşı terror müharibəsidir: "Dağlıq Qarabağa gəlmiş döyüşçülər altruist deyil, sözün həqiqi mənasında muzdlu hərbçilər, terrorçular olub. Azərbaycanlı qocaları, qadın və uşaqları abstrakt siyasi ideallar yolunda yox, pul naminə qətlə yetiriblər. Məsələn, Ermənistan Dövlət Milli Təhlükəsizlik İdarəsinin kəşfiyyat əməliyyatları şöbəsinin rəisi, polkovnik-leytenant Caan Ohanesyan, həmin idarənin mayoru Aşot Qaloyan və onlara qoşulmuş digər şəxs – Rusiyanın Federal Əks-kəşfiyyat Xidməti terrorizmə qarşı mübarizə idarəsi 2-ci şöbəsinin məsləhətçisi Boris Simonyan haqqında Tambov qarnizonu Hərbi Məhkəməsinin 11 mart 1996-cı il tarixli hökmündə açıq şəkildə bildirilir ki, onlar Azərbaycan Respublikasına qarşı silsilə terror aktları həyata keçirmək məqsədilə Rusiya Federasiyası ərazisində hazırlıq işlərinə görə ittiham ediliblər".

Oleq Kuznetsov deyib ki, ermənilərin Azərbaycana qarşı törətdikləri cinayətlər kommersiya məqsədi daşıyır: "Erməni terrorizminin kommersiya maraqları özünü ilk dəfə XX əsrin əvvəllərində - katolikos I Mkrtıçın və erməni həvari kilsəsinin din xadimlərinin ekstremist və radikal erməni siyasi qruplaşmalarını Rusiya hakimiyyətinə qarşı açıq mübarizəyə qalxmaq çağırışlarında qabarıq şəkildə özünü büruzə verib".

Tarix
2015.04.22 / 12:55
Müəllif
Axar.az
Digər xəbərlər

Erməni terrorçuların məhkəməsi: hakimlər müşavirəyə getdi

Samir Şərifova yeni vəzifə verildi

Prezidentdən Qırğızıstan səfəri ilə bağlı - Video

İlham Əliyevin Qırğızıstana səfəri başa çatdı

Hüseyn Həsənov 6 il müddətinə həbs oluna bilər

Baş nazirdən bu avtomobil nəqliyyatı ilə bağlı qərar

Mehriban Əliyeva "Altın-Balalık" mərkəzində...

Liderlərin Çolpon-Ata şəhərində qeyri-rəsmi görüşü keçirildi

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər

Prezidentin təltif olunduğu orden: Daha kimlərə verilib?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla