Yuxarı

Ceyhun Bayramov Gürcüstan parlamentində - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

2020.09.23, 20:11

Xarici İşlər naziri Ceyhun Bayramov Gürcüstana rəsmi səfərə yola düşüb.

Bu barədə Axar.az-a Xarici İşlər Nazirliyindən bildirilib.

Məlumata görə, nazirin səfər çərçivəsində Gürcüstanın yüksək səviyyəli rəsmiləri ilə görüşləri keçiriləcək.

***

Bu gün Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov Gürcüstana rəsmi səfəri çərçivəsində Gürcüstan parlamentinin sədrinin müavini Kaxaber Kuçava ilə görüşüb.

XİN-dən verilən məlumata görə, tərəflər iki ölkə arasında dostluq və mehriban qonşuluq prinsipləri əsasında mövcud olan yüksək səviyyəli münasibətlərin daha da möhkəmləndiyini məmnunluqla qeyd ediblər. Bu xüsusda, ölkələrimiz arasında mövcud olan strateji münasibətlərin, həmçinin ölkələrin iştirakı ilə həyata keçirilən birgə regional layihələrin bölgədə sülh, təhlükəsizlik və rifaha töhfə verdiyi bildirilib.

İkitərəfli münasibətlərimizin əsasında beynəlxalq hüququn norma və prinsiplərinə hörmət prinsipinin dayandığı bildirilib və ölkələrimizin bir birinin suverenliyi və ərazi bütövlüyünə birmənalı dəstək verdiyi vurğulanıb.

Azərbaycan-Gürcüstan Parlamentləri arasında əlaqələrə toxunan tərəflər bu əməkdaşlığın yüksək səviyyədə olduğunu və onun daha da inkişaf etdirilməsi istiqamətində ikitərəfli səylərin artırılmasının vacibliyini səsləndiriblər. Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qruplarının ölkələrimiz arasındakı yüksək səviyyəli əlaqələrin daha da gücləndirməsində əhəmiyyətli rol oynadığı qeyd olunub.

K.Kuçava Azərbaycanın Tovuz rayonu istiqamətində baş verən hadisələr ilə bağlı şəxsən nazirə və Azərbaycan xalqına başsağlığını bildirib və bölgədə mövcud olan münaqişələrin sülh yolu ilə həllinin vacibliyini qeyd edib.

C.Bayramov, öz növbəsində, dövlətlərimizin ortaq tarixi, mədəniyyət və ənənələri bölüşdüyü kimi, ortaq təhlükəsizlik təhdidləri ilə də qarşılaşdığını vurğulayaraq bu xüsusda bölgədə həll olunmamış münaqişələri qeyd edib.

Nazir Ermənistanın işğalçılıq siyasəti, iki dövlətin beynəlxalq sərhədində Ermənistan silahlı qüvvələri tərəfindən törədilən sonuncu hərbi təxribatı, eləcə də bölgədəki cari gərgin vəziyyət barədə qarşı tərəfi məlumatlandırıb. Ermənistanın hazırkı rəhbərliyinin davam edən təxribatçı bəyanat və fəaliyyətinin münaqişənin həlli üzrə aparılan danışıqlara zərbə olduğu qeyd olunub.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşün sonunda nazir C.Bayramov Gürcüstan Parlamentinin xətirə kitabını imzalayıb.

Tarix
2020.09.24 / 19:29
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla