Yuxarı

İtaliya senatorları erməni təxribatını pislədi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan tərəfindən Azərbaycan silahlı qüvvələrinin mövqelərinə hücumlar vaxtı Azərbaycan mülki əhalisinin yaşadığı məntəqələri atəşə tutması Cenevrə konvensiyalarının pozulmasıdır.

Azərbaycanın İtaliyadakı Səfirliyindən Axar.az-a verilən məlumata görə, bunu İtaliya Senatının xarici əlaqələr daimi komissiyasının üzvü, iqtidar 5 Ulduz Hərəkatı Partiyasından olan senator Canluka Ferra İtaliya mətbuatına açıqlamasında bildirib.

İtaliyalı senator qeyd edib ki, münaqişənin həlli BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini əsas götürərək Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış dövlət sərhədlərinin toxunulmazlığı prinsiplərinə tam hörməti özündə ehtiva etməlidir.

İtalyan senator, habelə Azərbaycan və Ermənistan arasındakı münaqişənin kəskinləşməsindən və yeni böhranın Avropanın kandarında beynəlxalq müdaxilə riskini artırmasından narahatlığını ifadə edib. Canluka Ferrara Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərində vəziyyətin daha da pisləşməməsi üçün uzun müddətdir ki, durğun vəziyyətdə olan effektiv danışıqların bərpa edilməsinə dəstəyini ifadə edib, Avropa İttifaqınin diplomatik kanallardan istifadə edərək toqquşmaların dayandırılmasına zəmanət verə biləcəyinə ümid etdiyini deyib.

İtalyan senatorun açıqlaması İtaliyanın “İl Tempo”, “Agenzia Nova”, “Politicamente Corretto”, “Adnkronos”, “Fortune İtalia”, “Maxim İtalia”, “Notize Yahoo”, “Libero Quotidiano”, “TW News” kimi kütləvi informasiya vasitələri tərəfindən dərc edilib.

İtaliyanın “Agenzia Nova” xəbər agentliyinə açıqlamasında İtaliya Parlamentində İtaliya-Azərbaycan Dostluq Assosiyasının sədri, Liqa partiyasından olan deputat Rossana Boldi son saatlarda Azərbaycan və Ermənistan arasında silahlı toqquşmaların artmasından böyük narahatlığını ifadə edib.

İtalyan deputat ümidvar olduğunu bildirib ki, İtaliya Minsk Qrupunun üzvü kimi dövlətlərin ərazi bütövlüyü və beynəlxalq səviyyədə sərhədlərinin toxunulmazlığı prinsiplərinə hörmətə əsaslanaraq, eləcə də BMT Təhlükəsizlik Şurasının 1993-cü il qətnamələrindən irəli gələrək Dağlıq Qarabağ probleminin sülh yolu və danışıqlar vasitəsilə həlli məqsədilə öz səylərini gücləndirəcəkdir.

Tarix
2020.09.27 / 23:23
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentlər Ağdamda Pənahəli xanın sarayında...

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

Kennedidən Azərbaycana qarşı iyrənc böhtan - Video

Ermənilər indi də bizə aid körpünü bağladı

Əliyev sabah səfərə gedir: Makron ofsaytda qaldı

Naxçıvanla quru yolu bu mexanizmlə təmin edilməlidir

Azərbaycan Aİİ-yə üzv ola bilərmi? - Prezident nöqtə qoydu

İrəvan təsdiqlədi: Tarixi paytaxtımızda konsulluq açır

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla