Yuxarı

“Sərkisyan son ümidini Türkiyəyə bağlayıb”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Sərkisyan son ümidini Türkiyəyə bağlayıb”

"Ermənistanın dərdi "soyqırım" yox, dolanışıqdır".

Axar.az xəbər verir ki, bu açıqlama ilə türkiyəli jurnalist Perihan Çakıroğlu çıxış edib. O, Ermənistanda iqtisadi vəziyyətin ağır olduğunu və buna görə də "soyqırım" siyasəti aparmaqla Türkiyədən təzminat almağa çalışıldığını bildirib:

"SSRİ-nin dağılmasından bu yana Ermənistanın iqtisadi durumu pisləşib. Uzun illərdir Türkiyəni "soyqırım"la küncə sıxışdıran diaspor Ermənistana heç bir zaman yetərli qədər iqtisadi dəstək verməyib. Məhz bu səbəbə görə Ermənistan Prezidenti Serj Sərkisyan hər dəfə çıxışında "Türkiyə ilə sərhədin açılması çox şeyi dəyişdirəcək" deyir. Bəs sərhədlər açılmasa necə olacaq? Əgər ölən ermənilər geri qayıtmayacaqlarsa, niyə "soyqırım" deyə inad edirlər? Ermənistanın dərdi "soyqırım" yox, dolanışıqdır. Ermənistan Türkiyəyə qarşı gec-tez təzminat məsələsini gündəmə gətirəcək. Çünki ermənilər pul olmazsa, çarxlarını döndürə bilməyəcəklər və iqtisadiyyat çökəcək. Ermənistanın 1,5 milyard dollarlıq ixracatı, 3,5-4 milyard dollarlıq isə idxalı var. Ortadakı fərq çox böyükdür. BVF-dən və AB ilə Rusiya başda olmaqla bir neçə ölkədən alınan maliyyə qaynaqları ermənilərə çatmır. Əkinçilik sektoru çox kiçikdir. Ölkədə süd və süd məhsullarına olan təlabatın yalnız üçdə biri qarşılanır. Ölkənin idxalı oliqarxların əlindədir. Minimum əmək haqqı çox aşağıdır. Bir sözlə, Sərkisyan ikinci prezidentliyi dövründə də xalqın dolanışıq problemlərini və işsizlik məsələsini həll edə bilmədi. O, buna görə də son ümidini Türkiyəyə bağlayıb".

Tarix
2015.04.27 / 21:31
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

Azərbaycan Türkiyənin internet ixracı üzrə əsas hədəfində

Azərbaycan Britaniya üçün vacib tərəfdaşdır - Nazir

Yaxın vaxtlarda Bakı ilə bu işlərə başlayacağıq - Paşinyan

Paşinyanın reytinqi Rusiyanı dəli etdi - Son sorğu

İlham Əliyev Zoran Milanoviçi təbrik etdi

Putin yalan danışır, Ermənistana təzyiq edir...

Ermənistanın aqibəti Ukrayna kimi ola bilər? - Bəyanat

Kos Bolqarıstan rəsmisi ilə Cənubi Qafqazı müzakirə etdi

Azərbaycanın inkişaf tempi məni heyran edib... - Babiş

Pezeşkian iclas keçirdi: Azərbaycanla bağlı tapşırıq...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla