Yuxarı

Paşinyanı beynəlxalq tribunala vermək üçün... - Vəkilov

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hərbi cinayət törətmiş şəxslər ilə bağlı dünya təcrübəsində birdəfəlik hərbi məhkəmələrin qurulması təcrübəsi var. Bununla bağlı biz beynəlxalq tribunalın yaradılması üçün diplomatik-siyasi gücümüzü birləşdirməliyik.

Bu sözləri Axar.az-a açıqlamasında tanınmış hüquqşünas, Müvəkkil Hüquq Mərkəzinin sədri Səməd Vəkilov Ermənistan silahlı qüvvələrinin növbəti dəfə Gəncə şəhərini ballistik raketlə vurması haqda danışarkən deyib.

O bildirib ki, bütün beynəlxalq konvensiyalarda müharibə heç bir ölkə üçün tövsiyə edilmir:

“Lakin bununla belə müharibə aparmaq üçün də müəyyən standartlar müəyyən olunub. Müharibə elan edən tərəf bunu mütləq şəkildə bildirməlidir. Bundan əlavə, Cenevrə Konvensiyasının protokollarında mülki əhalinin qorunması norma kimi müəyyən olunub. Yəni müharibə aparan tərəflərin borcu mülki əhalini qorumaqdır.

Azərbaycan Respublikası Ermənistan silahlı qüvvələrinin torpaqlarımıza hücumlarının qarşısını almaq üçün başlatdığı əks-hücum əməliyyatları zamanı bütün beynəlxalq hüquq və müharibə ilə bağlı Cenevrə Konvensiyasının şərtlərinə əməl edir. Ordumuz yalnız hərbi legitim obyektləri vurur. Ancaq Ermənistan tərəfi beynəlxalq hüququn, o cümlədən onun tərkib hissəsi olan Cenevrə Konvensiyasının protokollarını ayaq altına atır. Onu da qeyd etmək lazımdır ki, təkcə mülki əhalinin bombalanması yox, işğal edilmiş ərazidə məskunlaşma həyatə keçirir. Livandan və digər ölkələrdən gətirilən insanların bu ərazilərə yerləşdirilməsi buna misal ola bilər.

Ermənistanın mülhi əhalini bombalamaqda əsas məqsədi üçüncü ölkələri bu münaqişəyə cəlb edərək cəbhədə davam edən uğurlu hərbi əməliyyatların qarşısını almaqdır. Düşünürəm Azərbaycanın bütün hüquqi institutları, diplomatik korpusları müvafiq hesabatları hazırlayıb beynəlxalq təşkilatlara təqdim etməlidir”.

Tarix
2020.10.17 / 13:13
Müəllif
Turan Rzayev
Digər xəbərlər

Trampın yeni planı: Nə Bakıya, nə də İrəvana sərf edir

ABŞ-ın Azərbaycanda yeni müvəqqəti işlər vəkili təyin olundu

Rusiya Baş Prokurorluğundan Azərbaycan açıqlaması

İngilis səfirdən Yekaterinburq hadisələrinə reaksiya

Tatar Şuşada Bayramov və Hacıyevlə görüşdü

Şahbaz Şərif Füzuliyə gəldi

Prezidentlər Xankəndidə tikiş fabrikində...

Mirziyayevin dövlət səfəri böyük əhəmiyyət kəsb edir

Əfqanıstanın baş nazirinin müavini Füzulidə

Japarov Moskvadan birbaşa Xankəndiyə gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla