Yuxarı

İsveçrə Gəncə terroruna etiraz edir - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İsveçrə Gəncə terroruna etiraz edir - Foto

İsveçrədə yaşayan azərbaycanlılar işğalçı Ermənistan ordusunun ölkəmizə qarşı təcavüzünə, Azərbaycan ərazisindəki növbəti hərbi təxribatlarına etiraz olaraq Bernin “Helvetia Platsa” meydanında icazəli aksiya keçiriblər.

Diasporla İş üzrə Dövlət Komitəsindən Axar.az-a bildiriblər ki, aksiya iştirakçıları Gəncə şəhərinin və digər yaşayış məntəqələrinin Ermənistan silahlı qüvvələri tərəfindən yenidən raket atəşinə tutulması nəticəsində mülki vətəndaşların, o cümlədən azyaşlı uşaqların və qadınların həlak olmasını, mülki obyektlərin dağıdılmasını kəskin şəkildə pisləyiblər.

İsveçrə Azərbaycanlıları Koordinasiya Şurasının, Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə keçirilən aksiyada Berndə yaşayan və fəaliyyət göstərən soydaşlarımız iştirak ediblər. Aksiyada “Qarabağ Azərbaycandır!”, “İşğalçı dövləti dəstəkləməyin!”, “Ermənistan terrorçu dövlətdir!”, “Azərbaycan ədalət tələb edir!”, “Mülki insanlar toxunulmazdır!”, “İşğal beynəlxalq sülhə təhlükədir!”, “Uşaq ölümünə son qoyun!” kimi şüarlar səsləndirilib.

Aksiya iştirakçıları Gəncə və Mingəçevir şəhərlərinin atəşə tutulmasını, Gəncədə həlak olan mülki şəxslər arasında qadınların və azyaşlı uşaqların olmasını xüsusi vurğulayıb və dünya ictimaiyyətini erməni terroruna göz yummamağa çağırıblar.

Qeyd edək ki, humanitar atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan ordusu oktyabrın 11-i və 17-də gecə saatlarında Azərbaycanın cəbhə zonasından uzaqda yerləşən, ikinci ən böyük şəhəri olan Gəncəni raket atəşinə tutub. İşğalçı Ermənistan ordusunun raket zərbələri nəticəsində Gəncənin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binaları dağılıb, mülki obyektlərə ciddi ziyan dəyib. Bu terror aktları nəticəsində 23 nəfər həlak olub, 83 dinc sakin ağır yaralanıb, şəhərə külli miqdarda ziyan dəyib.

Tarix
2020.10.17 / 21:29
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan Əlcəzairə dəstək verdi

Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür

Yaponiya baş naziri Azərbaycana buna görə təşəkkür etdi

Azərbaycan zəlzələ ilə bağlı Yaponiyaya başsağlığı verdi

İran müharibəsi: Azərbaycan müdafiəni belə gücləndirir...

Azərbaycan–Qırğızıstan Müttəfiqlik sazişi nə vəd edir?

Yeddi körpənin yanaraq öldüyü mərkəzlə bağlı yeni xəbər

Erməni terrorçuların məhkəməsi: hakimlər müşavirəyə getdi

Samir Şərifova yeni vəzifə verildi

Prezidentdən Qırğızıstan səfəri ilə bağlı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla