Yuxarı

Ordumuz BMT qətnaməsini və 51-ci bəndi icra edir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ordumuz BMT qətnaməsini və 51-ci bəndi icra edir

BMT Təhlükəsizlik Şurasının 1993-cü il noyabrın 12-də qəbul etdiyi 884 saylı qətnamədə Azərbaycanın Zəngilan rayonunun və Horadiz şəhərinin işğalı pislənilir və işğalçı qoşunların həmin ərazilərdən dərhal çıxarılması tələb edilir. Ordumuz BMT-nin sözügedən qətnaməsinin icrası ilə məşğuldur.

Bunu Axar.az-a beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev deyib.

O bildirib ki, BMT-nin qəbul etdiyi 4 qətnamənin güclü və əskik cəhətləri var idi:

“Zəif cəhəti ondan ibarətdir ki, bu qətnamələr BMT nizamnaməsinin 7-ci fəslinə uyğun olaraq qəbul edilməyib. Belə ki, 7-ci fəslə uyğun olaraq qəbul edilən qətnamələrin icrası məcburi xarakter daşıyır.

Bununla belə, ATƏT-in Minsk Qrupunun iclasında razılaşdırılmış BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 884 saylı qətnamələri BMT nizamnaməsinin 6-cı fəslinə uyğun olaraq qəbul edilib. Adı keçən bu qətnamələr işğal edilən torpaqların Azərbaycana məxsus olduğunu birmənalı olaraq təsdiqləyir. Bu isə çox vacib və əhəmiyyətli məqamdır. Eyni zamanda işğalçı qüvvələrin oradan dərhal çıxarılması da açıqca qeyd olunub.

Bununla bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin, AŞPA Avropa Parlamentinin müvafiq qərarları var. Bu qətnamələr olmasaydı belə, Azərbaycan işğal edilmiş torpaqlarını geri qaytara bilərdi. Sadəcə, bu qətnamələr bizim əlimizi daha da gücləndirir.

Onu da deyim ki, bu gün Azərbaycan heç də BMT-nin müvafiq qətnamələrini əsas gətirərək yox, qurumun nizamnaməsinin 51-ci maddəsinin ona verdiyi səlahiyyətlər əsasında öz torpaqlarınının azad edilməsi prosesini həyata keçirir”.

Tarix
2020.10.21 / 16:39
Müəllif
Turan Rzayev
Digər xəbərlər

İlham Əliyev televiziya və radio işçilərini təbrik etdi

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla