Yuxarı

SSRİ-nin süqutundan sonra Qarabağ... - “Eleftheros Typos”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
SSRİ-nin süqutundan sonra Qarabağ... - “Eleftheros Typos”

Yunanıstanda geniş oxucu kütləsinə malik “Eleftheros Typos” qəzetində Azərbaycanın bu ölkədəki səfirliyinin əməkdaşlığı çərçivəsində “ELISME” Strateji Tədqiqatlar İnstitutunun Yaxın Şərq və Aralıq Dənizi tədqiqatlar proqramının rəhbəri, politoloq Dr. Evangelos Venetisin müəllifliyi ilə “Dağlıq Qarabağ münaqişəsinin tarixi” sərlövhəli məqalə dərc edilib.

Axar.az xəbər verir ki, məqalədə oxucular münaqişənin tarixi, hüquqi aspektləri və həlli prosesi barədə məlumatlandırılıb. Bildirilib ki, SSRİ-nin süqutundan sonra “Uti possidetis” beynəlxalq hüquq norması yeni yaradılmış respublikaların sərhədlərinin toxunulmazlığına beynəlxalq və regional legitimlik verib. Sözügedən hüquq normasına uyğun olaraq Dağlıq Qarabağ Muxtar Vilayəti də daxil olmaqla Azərbaycanın keçmiş inzibati sərhədləri daxilində müstəqilliyi tanınıb. Eyni zamanda, bu sərhədlər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT-nin Təhlükəsizlik Şurasının dörd qətnaməsində öz təsdiqini tapıb.

Yunan ictimaiyyətinin diqqətə çatdırılıb ki, həmin qətnamələrdə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olunur.

Tarix
2020.10.22 / 00:23
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı ilə Bişkek arasında saziş mühüm siyasi hadisədir

İlham Əliyev isveçrəli həmkarını təbrik etdi

Asiyada yeni müharibə başlayır

Kinematoqrafçılar İttifaqında qalmaqal - Nə baş verir?

Rusiyanın müttəfiqləri Kremlə dəstəkdən çəkindi

Paşinyanın bu qərarı Putini qorxutdu

Azərbaycan Əlcəzairə dəstək verdi

Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür

Yaponiya baş naziri Azərbaycana buna görə təşəkkür etdi

Azərbaycan zəlzələ ilə bağlı Yaponiyaya başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla