Rusiya "Zirkon"larla Kiyevi vurdu: ölənlərin sayı artdı
16:32
| Ana səhifə Planet |
|
Meşə yanğınları Yunanıstanın bir neçə şəhərini, o cümlədən Afina ətrafını bürüyüb.
Axar.az "Röyters"ə istinadla xəbər verir ki, ölkədə yanğınların söndürülməsi və əhalinin təcili təxliyəsi üzrə irimiqyaslı əməliyyatlar davam edir.
Afina yaxınlığındakı dənizkənarı Porto-Qermeno qəsəbəsini bürüyən irimiqyaslı yanğın nəticəsində 100-ə yaxın ev məhv olub.
Məlumata görə, Yunanıstan paytaxtından təxminən 50 kilometr qərbdə yerləşən Porto-Qermeno ən çox zərər çəkmiş yaşayış məntəqələri sırasındadır. Alov qəsəbəni üç tərəfdən mühasirəyə alıb ki, bu da təbii fəlakətlə mübarizəni xeyli çətinləşdirir.
Qeyd olunub ki, güclü küləklər alovun daha da yayılmasına səbəb olur.
|
Tarix
2026.08.01 / 15:23
|
Müəllif
Axar.az
|