Yuxarı

Bu gecə ballistik raketlərdən yalnız birini vurduq, çünki...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu gecə ballistik raketlərdən yalnız birini vurduq, çünki...

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyanın ballistik hücumlarının qarşısını almaq üçün istifadə olunan "Patriot" sistemləri üçün raket çatışmazlığından şikayətlənib.

Axar.az APA-ya istinadla xəbər verir ki, Zelenski bu barədə özünün Teleqram hesabında yazıb.

Zelenski bildirib ki, dünən gecədən bəri Kiyevdə və digər yerlərdə Rusiyanın hücumlarının nəticələrinin aradan qaldırılması üçün tədbirlər görülür.

“Şəhərdə çoxlu yanğın baş verib, yeddi rayon zərər çəkib. Həmişəki kimi, ruslar adi yaşayış binalarına zərbələr endiriblər. 18 ev, bir məktəb, Litva səfirliyi və infrastruktur obyektlərinə ziyan dəyib. İndiyə qədər bu hücum nəticəsində doqquz nəfərin öldüyü məlumdur. Onlarla insan yaralanıb. Həkimlər ehtiyacı olan hər kəsə kömək göstərirlər”, - deyə Ukrayna lideri qeyd edib.

Prezident bildirib ki, Rusiya gecə boyu Ukraynaya 35 raket atıb, onlardan 27-si ballistik olub, bundan başqa, müxtəlif tipli 185 zərbə dronu ilə hücum edilib:

“Əsas hədəf Kiyev idi. Lakin onlar Dnepr, Sumı, Xarkov və Poltava bölgələrini də vurublar. Bu gecə bizim tərəfimizdən yalnız bir ballistik raket vurulub, çünki "Patriotlar" üçün raketlər yoxdur. Rusiyanı ballistik raketlərlə zərbə endirməyə təşviq edən də budur”.

Zelenski Ukraynanın tərəfdaşlarının bu amili nəzərə almasının vacibliyini də vurğulayıb: “Hər bir anti-ballistik raket xalqımızın həyatını xilas edir, onların olmadığı hər gecə isə itkilərə səbəb olur. Müdafiəmizi gücləndirmək üçün çalışan hər kəsə təşəkkür edirik”.

Tarix
2026.08.01 / 13:46
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı ilə Bişkek arasında saziş mühüm siyasi hadisədir

İlham Əliyev isveçrəli həmkarını təbrik etdi

Asiyada yeni müharibə başlayır

Kinematoqrafçılar İttifaqında qalmaqal - Nə baş verir?

Rusiyanın müttəfiqləri Kremlə dəstəkdən çəkindi

Paşinyanın bu qərarı Putini qorxutdu

Azərbaycan Əlcəzairə dəstək verdi

Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür

Yaponiya baş naziri Azərbaycana buna görə təşəkkür etdi

Azərbaycan zəlzələ ilə bağlı Yaponiyaya başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla