Yuxarı

"Arpa işi"ndə icra başçısı sakinlərə uduzdu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Arpa işi"ndə icra başçısı sakinlərə uduzdu

Xaçmaz Rayon Məhkəməsində Şabran Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynovun xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə məhkəmə prosesi yekunlaşıb.

Axar.az Müsavat-a istinadən xəbər verir ki, hakim Samir Bayramovun sədrliyi ilə keçirilən prosesdə icra başçısının şikayəti əsassız hesab edilərək təmin olunmayıb.

İcra başçısının şikayət etdiyi şəxslər Şabran rayonunun Uzunboyad kənd sakinləri Səbirə Vəliyeva və onun oğlu Vüsal Muradov olub. Asif Hüseynov onların Cinayət Məcəlləsinin 147-ci (böhtan) maddəsi ilə təqsirli bilinməsini istəyirdi.

Mübahisənin əsasında isə 2022-ci ildə baş verdiyi bildirilən 15 ton toxumluq arpa alqı-satqısı dayanır. Vüsal Muradov mətbuata açıqlamasında bildirib ki, anası Səbirə Vəliyeva ümumi dəyəri 10 min 500 manat olan 15 ton toxumluq arpanı rayon icra başçısına nisyə satıb, lakin 3 ildən artıq vaxt keçməsinə baxmayaraq, pulunu ala bilməyib.

Zərərçəkən tərəfin israrlı şikayətlərindən sonra Asif Hüseynov Muradovlara qarşı xüsusi ittiham qaydasında məhkəməyə müraciət edib. İşə Xaçmaz Rayon Məhkəməsindı baxılıb. Məhkəmə Asif Hüseynovun xüsusi ittiham şikayətini təmin etməyib.

Beləliklə, Xaçmaz Rayon Məhkəməsinin son qərarı ilə Şabran rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynovun 10 min 500 manatlıq arpa pulu borcu ilə bağlı səsləndirilən iddialara görə kənd sakinlərinin cinayət məsuliyyətinə cəlb olunması tələbi təmin edilməyib. Bu qərar xüsusi ittiham qaydasında aparılan prosesə yekun vurub.

Tarix
2026.08.01 / 14:36
Müəllif
Axar.az
Digər xəbərlər

13 nəfər Suriyadan Azərbaycana gətirildi

Dronla vurulan gəmidəki Coşqunun ailəsi danışdı - Video

Strateji tərəfdaşlıq: London və Bakı yeni mərhələyə keçir

Azərbaycan əsgərini təhvil versək... - Paşinyan

Allahşükür Paşazadə Yerlan Karinlə görüşdü

Rusiyadan AZAL qəzası ilə bağlı yeni açıqlama...

Azərbaycan və Böyük Britaniya arasında 4 sənəd imzalandı

Prezident Lord Anas Sarvarı qəbul etdi - Foto

Azərbaycanı onlardan minlərlə kilometr məsafə ayırsa da...

Prezident onlara müraciət ünvanladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla