Yuxarı

Bizim çox əhəmiyyətli nailiyyətlərimiz var - Prezident

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bizim çox əhəmiyyətli nailiyyətlərimiz var - Prezident

Gürcüstanın nüfuzlu kütləvi informasiya vasitələri Azərbaycan Prezidenti İlham Əliyevin Fransanın “Figaro” və Yaponiyanın “Nikkei” qəzetlərinə müsahibəsində qonşu Gürcüstan və Qarabağın gələcək taleyi barədə fikirlərinə geni yer verib.

Axar.az xəbər verir ki, nüfuzlu report.ge, aktual.ge, newsgeorgia.ge, pia.ge, 24news.ge, interpressnews.ge informasiya portallarında Azərbaycan Prezidentinə istinadla yayılan xəbərlər oxuculara Azərbaycan, gürcü, rus və ingilis dillərində çatdırılır.

Ən böyük diqqət çəkən material Azərbaycan Prezidentinin Qarabağın taleyi ilə bağlı fikirləridir: “Biz Qarabağı insanların ləyaqət və sülh içində, azərbaycanlı və erməni icmalarının yanaşı yaşadığı Azərbaycanın çiçəklənən, təhlükəsiz ərazisi kimi, bizim Azərbaycanın bütün digər yerlərində etdiyimiz kimi inkişaf etdirməyi planlaşdırdığımız ərazi kimi görürük. Bizim çox əhəmiyyətli iqtisadi nailiyyətlərimiz var. Bizdə yoxsulluq səviyyəsi çox aşağıdır, təxminən 5 faizdir. Ermənistanda bu, 50 faizə yaxındır. Həmçinin bizdə işsizlik səviyyəsi çox aşağıdır. Pandemiyadan əvvəl bu, 5 faizə yaxın idi, indi 7 faizdir. Lakin bu amilin geniş vüsət aldığı Dağlıq Qarabağla müqayisədə fərq gecə ilə gündüz qədərdir. Beləliklə, biz orada yaşayan ermənilər və oraya qayıdacaq azərbaycanlılar üçün daha yaxşı həyat təmin edə bilərik”.

Gürcü oxucularının diqqətini çəkən digər məsələ isə Prezident İlham Əliyevin Azərbaycan-Gürcüstan münasibətlərinin yüksək səviyyədə olması və bu ölkədəki soydaşlarımızla bağlı fikirləridir.

Tarix
2020.10.24 / 23:11
Müəllif
Axar.az
Digər xəbərlər

İran raketlərlə hücum etdi: azərbaycanlılar da yaralandı

İranın bu müharibədə qələbəsi qaçılmazdır - Ekspert

Ölkədə bu heyvan ətlərinin satışına qadağa qoyulur?

Paşinyanla seçkidə yalnız o rəqabət apara bilər

XIII Qlobal Bakı Forumu başa çatdı

Yaxın Şərqdə münaqişə çox uzun çəkəcək, buna hazırlaşın!

Pakistanlı diplomat Azərbaycana təxliyə olundu - Foto

Hikmət Hacıyev AB-nin xüsusi nümayəndəsi ilə görüşdü

Bakıda bu konfrans kiber hücuma məruz qaldı - Foto

Bakı beynəlxalq müzakirə platformasına çevrilir - Deputat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla