Yuxarı

Bu il 1,3 milyardlıq silah almışıq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu il 1,3 milyardlıq silah almışıq

Ölkəmiz silah və hərbi texnika idxalına görə dünyada 15-ci yerdədir

Azərbaycan 2013-cü ildə silah və hərbi texnika idxalına görə dünya ölkələri arasında 15-ci yeri tutur.Bu barədə Dünya Silah Ticarəti Analizi Mərkəzinin (SAMTO) yaydığı məlumatda qeyd olunub (APA).

Təşkilatın ilkin məlumatlar əsasında hazırladığı analizə görə, rəsmi Bakı 2013-cü ildə silah və hərbi texnika idxalına 1 milyard 257 milyon ABŞ dolları vəsait sərf edib.

Ümumilikdə, 2013-cü ildə dünya ölkələri silah alışına ən azı 65 milyard 982 milyon dollar xərcləyib ki, bu da "soyuq müharibə" dövründən sonra ən yüksək nəticədir.

Silah alınması üzrə ilk yerdə 9 milyard 943 milyon dollarla Hindistan dayanır. Sonrakı yerlərdə Səudiyyə Ərəbistanı (5 milyard 329 milyon dollar), Böyük Britaniya (3 milyard 626 milyon dollar), BƏƏ (3 milyard 511 milyon dollar), ABŞ (2 milyard 502 milyon dollar), Küveyt (2 milyard 451 milyon dollar), Türkiyə (1 milyard 733 milyon dollar), Tayvan (1 milyard 730 milyon dollar), İndoneziya (1 milyard 718 milyon dollar), Misir (1 milyard 629 milyon dollar) gəlir.

Böyük həcmli silah idxalçılarının ikinci onluğunda Çin 1 milyard 547 milyon dollarla 11-ci yerdə, Avstraliya 1 milyard 447 milyon dollarla 12-ci yerdə, Venesuela 1 milyard 297 milyon dollarla 13-cü yerdə, Sinqapur 1 milyard 260 milyon dollarla 14-cü yerdə, Azərbaycan 1 milyard 257 milyon dollarla 15-ci yerdə, Pakistan 1 milyard 220 milyon dollarla 16-cı yerdə, Mərakeş 1,2 milyard dollarla 17-ci yerdə, Finlandiya 1 milyard 141 milyon dollarla 18-ci yerdə, Yunanıstan 1 milyard 131 milyon dollarla 19-cu yerdə və Braziliya 1 milyard 59 milyon dollarla 20-ci yerdə qərarlaşıb.

Tarix
2013.12.25 / 12:34
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı İrandakı azərbaycanlılara müraciət etdi

İrana zərbələr: Bir Azərbaycan vətəndaşı yaralanıb

Xameneinin ölümü: İranda 40 günlük matəm elan olundu

Tramp Xameneinin öldüyünü elan etdi - Təcili

İran rəsmən Xameneinin öldüyünü təsdiqləyəcəkmi?

İrandan 12 Azərbaycan vətəndaşı, 1 italiyalı təxliyə edildi

Xamenei artıq yoxdur - Netanyahudan sensasiya

Tramp İrana zərbələri birbaşa izləyir - Foto

İrana inanılmaz zərbələr endirilir - Bu, “12 günlük” deyil!

Rəsmi Bakıdan çağırış: Danışıqlara qayıdın!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla