Yuxarı

İsrail eksperti: Nikol müharibəni uduzub: əgər etiraf etsə... - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İsrail eksperti: Nikol müharibəni uduzub: əgər etiraf etsə... - Video

13:31

Ermənistan rəhbərliyinin dinc vətəndaşları qətlə yetirmək məşğuliyyəti XXI əsrdə terrorizmdir. Onlar hər kəsin bildiyi bütün beynəlxalq konvensiyaları, xüsusən də 1949-cu ilin Haaqa Konvensiyasını pozur.

Axar.az xəbər verir ki, bunu israilli ekspert, beynəlxalq hüquq və siyasət üzrə mütəxəssis Mixail Finkel “Anastasiya Lavrina ilə xüsusi buraxılış” verilişinin efirində bildirib.

Onun sözlərinə görə, İrəvan vəlvələ içindədir:

“Müharibəni uduzurlar və bu əzabdır! Döyüş əməliyyatları xəritəsi qarşısında əlacsız qaldıqlarını nəzərə alaraq, özlərini müdafiə edə bilməyənləri - qadınları, uşaqları, qocaları, ümumiyyətlə, mülki şəxsləri hədəf alırlar. Və dünya da bunun qarşısında susur. Kimsə bir söz demir, sanki bu baş vermir...”

Ekspert Ermənistan hökumətinin iğtişaş, inqilab və mövcud rejimin devrilməsindən qaçmaq üçün cəbhədəki vəziyyət və Azərbaycan Ordusunun irəliləməsi barədə öz xalqına yalan danışmağa davam etdiyini də qeyd edib:

“Paşinyan hakimiyyətdə qalmaq istəyir və “luzer” (uğursuz, məğlub olan) kimi görünmək istəmir. Rəsmi Bakının Müdafiə Nazirliyinin Azərbaycan Ordusunun uğurları barədə şübhə doğurmayan məlumatlar dərc etdiyi zaman ermənilərin yalanları üzə çıxır.

Ermənistanın Baş naziri Paşinyan Azərbaycanla müharibəni uduzsa da, bunu etiraf etməkdən qorxur. Çünki bu, onun devrilməsinə gətirib çıxaracaq”.

Tarix
2020.10.30 / 16:06
Müəllif
Əli, Xədicə
Digər xəbərlər

Bayramov koreyalı həmkarı ilə danışdı

Nazirdən Zəngəzur dəhlizi ilə bağlı açıqlama

“Liv Bona Dea” məhkəməyə saxta sənəd verib – Köçərli

Niderland parlamentinin Bakıya qarşı qərəzli sənədi… - Səfir

Şahin Mustafayev Ermənistanda səfərdədir - Foto

Ukraynanın Putini dəli edən zərbəsi: Rusiya çökə bilər

Ermənistan Azərbaycanla sərhəddə silah anbarlarını boşaldır

Paşinyan seçilsə, Kreml nə edəcək? - Silayev

İranın casus şəbəkəsinin rəhbəri Azərbaycan vətəndaşı imiş

Meloninin səfərinə hazırlıq: Əmirbəyov Çirielli ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla