Yuxarı

Həmin raketlərin kodu Paşinyandadır – Səlimov

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Həmin raketlərin kodu Paşinyandadır – Səlimov

Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dinc əhalisinə qarşı törətdiyi vəhşiliklərə bağlı beynəlxalq məhkəməyə müraciət ediləcək.

Axar.az xəbər verir ki, bunu bu gün Azərbaycanda olan xarici ölkə səfirləri və diplomatik korpus nümayəndələri ilə görüşdə İnsan Haqları üzrə Beynəlxalq Standartların İnplementasiyası üzrə İşçi qrupunun rəhbəri Kamil Səlimov deyib.

Onun sözlərinə görə, erməni hərbçiləri döyüş zonasında olmayan yaşayış məntəqələrimizə artilleriya atəşi açıb, qadağan olunmuş silahlardan istifadə edib:

"Bu, bir daha Ermənistanın müharibə cinayətləri törətməsinə əsaslı sübutdur. Ermənistan hərbçiləri ballistik raketlərdən istifadə edərək qırğınlar törədib, mülki şəxslər arasında ölən və yaralananlar var. Bununla bağlı aidiyyəti qurumlar araşdırma aparır, araşdırmalar başa çatandan sonra faktlar toplanaraq beynəlxalq məhkəmələrə göndəriləcək və cavabdeh şəxslər cəzalandırılacaq".

K.Səlimov qeyd edib ki, ilkin araşdırmalara görə, Ermənistanda olan ballistik raketlərin kodu baş nazir Nikol Paşinyanda olub və ondan icazəsiz həmin raketlərdən istifadə etmək olmaz:

"Məlum olub ki, həmin raketlərin kodu Paşinyandadır. Paşinyan icazə verəndən sonra həmin raketlərdən istifadə etmək olar. Bu da onu göstərir ki, Azərbaycan ərazilərində yaşayan dinc sakinlərə atəş açılması əmrini Paşinyan verib".

Tarix
2020.11.10 / 18:25
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan açıqladı: 2022-ci il sentyabr döyüşlərindən sonra...

Azərbaycan və Peru konsulluq məsləhətləşmələri keçirdi

Qorbaçovu hakimiyyətə onlar gətirib – KQB polkovniki

Soçidə sərnişin təyyarəsini ildırım vurdu

Rubinyandan Azərbaycanla bağlı açıqlama: Güzəşt...

Qarabağ izli qanlı cinayət: Nazaryana ittiham irəli sürüldü

Sülhə gedən yolda son maneə onlardır - Paşinyan

Əliyev çox layiqli liderdir, biz də bu məsələləri... - Kobaxidze

Mansur Yavaş prezidentliyə namizəd olacaq? – Özü danışdı

Gürcü nazir də türklərin döyülməsindən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla