Yuxarı

Xankəndidə son durum: “pripiska” hiyləsi başladı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xankəndidə son durum: “pripiska” hiyləsi başladı

Əksəriyyət bu fikirdədir ki, Qarabağ müharibəsinin birinci – silahlı mərhələsi bitib, indi isə ikinci, yəni diplomatik cəhətdən daha sərt mərhələ başlayır. Ənənəvi müharibə mərhələlərə bölünsə də, heç bitməyən, bölünməyən informasiya müharibəsi də davam edir. Bu çərçivədə batan gəmi – Ermənistanın media təmsilçiləri artıq vərdiş halına çevirdikləri daha bir hiyləyə əl atırlar.

Axar.az xəbər verir ki, regionda sülhün qarantı kimi çıxış edən rus kontingenti qaçqınların geri qaytarılmasına nəzarət etsə də, Ermənistan həmin prosesə öz “töhfəsini” verərək, keçmiş “dqr” vətəndaşlarını saymağa başlayıb.

Təxmin etdiyiniz kimi, say düz gəlmir.

“Noyabrın 14-dən etibarən 2600-dən çox qaçqın Stepanakertə (Xankəndi, - red.) qayıdıb”, - deyə noyabrın 18-də Rusiya Müdafiə Nazirliyi rəsmi bəyanat yayıb.

Həmin gün, Rusiya MN-dən 3 saat öncə isə özünü “Xankəndi meri” kimi təqdim etməyə cəhd göstərən David Sərkisyanın mediaya verdiyi açıqlamaya nəzər salaq:

“Son 4 gün ərzində (14 noyabrdan bu yana - red.) təxminən 7 min vətəndaş Xankəndiyə geri dönüb”.

Təkrar nəzərinizə çatdırmaq istəyirik ki, hər iki məlumat eyni gündə, aralarında iki saat fərqlə dərc olunub. Gün eyni olsa da, rəqəmlər az qala üçqat fərqlidir. Ermənistanın qeyd etdiyimiz “töhfəsi” 4400 uydurma insandan ibarətdir.

Uydurmanın məqsədi var. Müharibə başlayandan sonra Ermənistan Qarabağdan 100 min civarında erməninin “qaçqın” düşdüyünü iddia edib. Hələ o zaman bu rəqəmin şişirdildiyini demişdik. Çünki rəsmi olaraq Qarabağda 130 min erməni yaşadığı bildirilsə də, faktiki bu rəqəmin 65 mindən az olduğunu erməni QHT-ləri apardıqları araşdırma ilə elan etmişdilər.

İndi də geri qayıdanları Rusiya sülhməramlıları gətirir və onları dəqiq sayır: həm də sənədlərini yoxlayır. Deməli, “bütün daşları yerinə qoymaq ehtimalı” çox yüksəkdir. Belədə isə məlum olacaq ki, Qarabağda yaşayan ermənilərin və qaçqınların əsl sayı nə qədərdir.

Xankəndinin “meri” artıq indidən nişan verdi: təxminən 3 dəfə fərq olacaq – ki bu fərqi aradan qaldırmaq üçün “pripiska” başlayıb.

Yaxud doğrudan da qeyri-rəsmi olaraq erməni sayını şişirtmək üçün qanunsuz köçürmələr gedir...

Tarix
2020.11.19 / 10:41
Müəllif
Fatimə Zülfüqar
Digər xəbərlər

Bayramov Pakistanın federal ombudsmanı ilə görüşdü

İlham Əliyev “o məmurlar” deyəndə kimlərə işarə etdi?

Naxçıvanın “bağışlanan” ərazisi qayıda bilər? - “Qeyri-adi” proses...

Simonyandan Qarabağ açıqlaması: İki nəfər bərk qorxur

Prezident: Xəzər dənizi tarixi əməkdaşlığın rəmzidir

Zəngəzur dəhlizinin açılması... - Prezident

İlham Əliyev Özbəkistan mediasına müsahibə verdi

Ermənistandan Azərbaycana qarşı təcavüzkar müharibə...

Qəzadan sonra ərazidə yalnız bu ölkənin helikopteri olub...

Bütün hərbçilərin nəşi tapıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla