Yuxarı

Yoxa çıxan erməni aktivistin sədası Bakıdan gəlir! - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yoxa çıxan erməni aktivistin sədası Bakıdan gəlir! - Foto

Məlum olduğu kimi, 2020-ci il noyabr ayının əvvəli erməni bloger, Ermənistanda müxtəlif dövlətyönlü ictimai təşkilatların rəhbəri, müharibə vaxtı işğal altında olan yerlərdə poz verən Gevorq Sujyanın öz adamları ilə birgə Kəlbəcərdə, İstisuda çəkib öz Feysbuk səhifəsində paylaşdığı videonu həmin səhifədən 6000-dən çox adam paylaşıb, daha sonra bütün sosial şəbəkələrdə yayılmışdı.

Axar.az Musavat.com-a istinadən xəbər verir ki, həmin videoda Gevorq Sujyan Kəlbəcərdə, İstisuda üzərək kef çəkdiyini, tezliklə Bakıya çatıb Xəzərdə üzəcəyini bildirir, Azərbaycan tərəfinin ünvanına ağır formada təhqiredici ifadələr işlədirdi.

Müharibənin gərgin vaxtında, Ermənistanın əsgər ölülərinin əlindən tərpənə bilmədiyi bir vaxtda belə bir videonun hazırlanması, təbii ki, Ermənistan xüsusi dövlət strukturlarının Azərbaycana qarşı çirkin informasiya müharibəsi, erməni gənclərini psixoloji cəhətdən toparlamaq cəhdindən başqa bir şey deyildi.

Gəlin görək sonra nə oldu?

Bir neçə gün keçməmiş Gevorq Sujyanın yoxa çıxdığını müəyyən edən erməni ictimai təşkilatları həyəcan siqnalı verməyə başladılar. Daha sonra isə onun taleyi ilə bağlı əl-ayağa düşən Ermənistan Milli Təhlükəsizlik Xidmətinin hadisə ilə bilavasitə məşğul olduğu barədə məlumat yayıldı. Gevorqu tapa bilmədilər, Teleqram kanallarında Azərbaycan tərəfinə əsir düşdüyü barədə narahatlıqlarını yaydılar.

Dünəndən etibarən isə Gevorq Sujyanın Feysbuk səhifəsində məhz Azərbaycan tərəfinin təhqir edildiyi videonun yığışdırıldığını aşkar etdilər. Necədir?! Yəqin ki, Gevorq indi Bakıda araşdırmalarda İstisuda nə məqsədlə üzdüyü ilə yanaşı, nələri kimlərin sifarişi ilə elədiyinə dair çox şeylər danışır.

İndi özünüz təsəvvür edin və qiymət verin!

Bu cür detallar Azərbaycanın müharibəyə necə hazırlaşdığını, Azərbaycanın xüsusi xidmət orqanlarının necə işlədiyini göstərir. Azərbaycanın bugünkü qüdrətini göstərir. Bu yaramazı vaxtında görüb Bakıya gətirən incə mərhələli yollar, düşmənə verilən mesaj, bu günlərdə baş vermiş hələ neçə belə incə məsələlər, yəqin ki, illər sonra aydınlanacaq.

Sülh istəyən hər zaman müharibəyə hazır olmalıdır.

Tarix
2020.11.24 / 12:04
Müəllif
Axar.az
Digər xəbərlər

Səməd Seyidovun adından saxta açıqlama yayıldı

Konqres Azərbaycanla bağlı qanunun mətnini açıqladı

Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı

Türkiyə Ermənistanla sərhədi qismən açır

Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi

Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?

“Turan” artıq realdır: mərkəzi və açar ölkəsi...

Ermənilər daha bir qonşusundan bu cür oğurlayır

Uçuşlar gecikir: Ermənistanda nə baş verir?

Ermənistanla ticarət əlaqələri mümkündür - Bayramov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla