Yuxarı

Mirzoyan: Yalnız bu halda sülh ola bilər! Bəs, Putinin hədəsi?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mirzoyan: Yalnız bu halda sülh ola bilər!

Vətən müharibəsində darmadağın olan və hərbi kapitulyasiyaya imza atan Ermənistan rəhbərliyi üçlü Bəyanata zidd siyasi açıqlamalar verməyə başlayıb.

Axar.az xəbər verir ki, Ermənistan parlamentinin 10 noyabr gecəsi aksiya iştirakçılarının ölümcül halda döyüb, küçənin ortasında buraxdığı spikeri Ararat Mirzoyan Feysbuk üzərindən Fransa Senatına təşəkkür edib.

O bildirib ki, “Dağlıq Qarabağ konfliktinin” son həlli Fransa və digər Minsk Qrupu həmsədri ölkələrinin birgə gücü ilə mümkündür.

O, Fransa Senatının rəhbəri Jerar Larçerə məktubunda qeyd edib ki, “yalnız “artsax”ın tanınması və erməni kəndlərinin qaytarılması ilə uzunmüddətli sülh mümkündür”.

Qeyd edək ki, bu, Fransa Senatının keçmiş qondarma “dqr”in tanınması barədə tövsiyə xarakterli qətnaməsindən sonra Ermənistanın 10 noyabrda imzalanan üçlü Bəyanatın mahiyyətinə tamamilə zidd olan yeni mövqeyidir. Üçlü Bəyanatda keçmiş və qondarma “dqr”lə bağlı heç bir status nəzərdə tutulmur, danışıqlarda hər hansı status müzakirəsi üçün maddə yoxdur və Azərbaycan Prezidenti İlham Əliyev heç bir status verilməyəcəyini də rəsmən elan edib.

Eyni zamanda, Rusiya tərəfi rəsmi açıqlama yayaraq, Bəyanatda hər hansı statusun nəzərdə tutulmadığını elan edib. Buna baxmayaraq, Ermənistan rəsmisinin bu cür açıqlama yayması faktiki olaraq Bəyanata qarşı çıxmaqdır.

Xatırladaq ki, Bəyanata Rusiyanın zəmanət verdiyini qeyd edən Rusiya lideri Vladimir Putin Dağlıq Qarabağın hər zaman Azərbaycanın tərkib hissəsi olduğunu bildirməklə yanaşı, bu Bəyanatdan çıxmağa cəhdin Ermənistan üçün intihar olacağı barədə xəbərdarlıq etmişdi.

Tarix
2020.11.26 / 22:44
Müəllif
Axar.az
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla