Yuxarı

Bayrağı təhqir edən tələbəni neçə il həbs gözləyir?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün sosial şəbəkələrdə onlayn dərs zamanı Dövlət Bayrağını təhqir etdiyi üçün universitetdən xaric edilən BDU tələbəsi Pərviz Məhəmmədovla bağlı kampaniya başlayıb. Kampaniya çərçivəsində bəzi şəxslər tələbəyə verilən cəzanın sərt olduğunu, bəziləri isə onun məsuliyyətə cəlb olunmasını tələb edir.

Məsələ ilə bağlı Axar.az-a açıqlama verən millət vəkili Fazil Mustafa bildirib ki, tələbə üzr istəyərsə, cəzası yüngülləşdirilə bilər:

“Dövlət atributlarının qorunması ilə bağlı qanunvericilikdə müddəalar var. Dövlət Bayrağımız da bu atributlardan biridir. Bayrağımızı təhqir edənlər məsuliyyətə cəlb olunmalıdır. Hesab edirəm ki, bu şəxsə yaşı az və tələbə olduğu üçün şans verilməlidir. O şərtlə ki, o, bayrağımıza qarşı bir daha belə ədəbsiz, tərbiyəsiz davranışlara yol verməyəcəyini bildirsin. Məqsədimiz insanı tam sıradan çıxarmaq, məhv etmək olmamalıdır. İslah etməliyik. Ola bilər ki, o, hansısa hisslərlə, duyğularla, cahillikdən, nadanlıqdan bu addımı atıb. Bu hərəkətinə görə birdəfəlik linç etmək doğru olmaz. O insan öz-özünü nüfuzdan salıb. Bayrağımıza qarşı hörmətsizlik edən ilk növbədə bunu özünə qarşı edir. Əgər o, xalqdan üzr istəyərsə, bağışlana bilər. Yaşlı və təcrübəli insan bu cür davranış sərgiləyərdisə, ona qarşı sərt addımların atılmasının tərəfdarı olardım. Amma təcrübəsiz tələbə bu cür davranırsa, günahını və nadanlığını başa düşəcəyi halda ona şans tanımalıyıq”.

Məsələyə münasibət bildirən hüquqşünas Səməd Vəkilov isə bildirib ki, tələbə ilə bağlı cinayət işi açılarsa, ona 2 ilədək azadlığın məhdudlaşdırılması cəzası verilə bilər:

“Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 324-cü maddəsinə əsasən Dövlət Bayrağına və Gerbinə qarşı təhqiredici hərəkətlərin edilməsi 2 ilədək azadlığın məhdudlaşdırılması və ya 1 ilədək azadlıqdan mərhumetmə ilə cəzalandırılır. Hazırda onun haqqında cinayət işinin başlanıb-başlanmaması barədə məlumat yoxdur”.

Hüquqşünas qeyd edib ki, tələbə barəsində cinayət işi açıldığına və təqsiri sübut edildiyinə görə deyil, BDU-nun daxili nizamnaməsinə görə universitetdən xaric edilib:

“Yəni bu, hələ onun işlətdiyi əmələ hüquqi qiymət verilməsi demək deyil”.

Tarix
2020.11.27 / 16:45
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Azərbaycanlı polis rəisi Rusiyada saxlanıldı

Azərbaycan bu ölkəni təbrik etdi

Bakı ilə bu ölkə arasında viza məsələsi müzakirə olunacaq

Bakı və Kiyev qaz təchizatını müzakirə etdi

Suriya lideri Bakıda İsrail rəsmiləri ilə görüşüb

İlham Əliyev Milatoviçi təbrik etdi

Rusiya Zəngəzur dəhlizinin bahalığından “narahat” oldu

Türkiyə ilə Ermənistan arasında yeganə hüquqi sənəd...

Ukrayna müharibəsi təhlükəsizliyə ciddi zərər verir - Rəfiyev

TRT-dən tarixi Azərbaycan şəhəri ilə bağlı böyük səhv

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla