Yuxarı

Nazir qohumları arasında dava - Yeniləndi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazir qohumları arasında dava - Yeniləndi

11:27

Heydər Əliyev adına Beynəlxalq Hava Limanında kütləvi dava baş verib.

AzNews.az-a daxil məlumata görə, hadisə dekabrın 25-i gecə saatlarında qeydə alınıb. İki qrup arasında mübahisə hələ Rusiya paytaxtı Moskvadakı Şeremetova hava limanında başlayıb. Hər iki qrupun Azərbaycana gəlmək üçün eyni təyyarə reysinə bilet aldığı və daha sonra hava limanında tərəflər arasında mübahisə yarandığı bildirilir.

Moskvada başlayan mübahisə təyyarə Bakıda yerə endikdən sonra da davam edib. Hava limanının dayanacağında saxlanan maşınlarını götürmək üçün gələn mübahisə iştirakçıları burada yenidən əlbəyaxa olub.

Məlumatlara görə, kütləvi davaya qatılanlar ölkənin tanınmış məmurlarının övladlarıdır. Hava limanının mühafizə polisi və hətta gömrük əməkdaşları da davaya müdaxilə edib.

Kütləvi davada bir neçə nəfərin xəsarət aldığı bildirilir ki, onların da arasında müdafiə naziri Zakir Həsənovun yaxın qohumu var. Nazirin qohumunun ayağı sınıb, müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

***

11:45

Dünən gecə saatlarında Beynəlxalq Hava Limanında məmur övladları arasında baş verən kütləvi dava ilə bağlı bəzi təfərrüatlar məlum olub.

Belə ki, Müdafiə nazirinin qohumunun da xəsarət alaraq xəstəxanaya yerləşdirildiyi davanın iştirakçıları arasında Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasovun kürəkəni, eləcə də keçmiş Baş prokuror İxtiyar Şirinovun digər yaxınları da olub.

Bundan başqa, davada Müdafiə naziri Zakir Həsənovun qohumu, hazırda Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini olan polis general-mayoru Elxan Həsənovun oğlu da iştirak edib. Davada xəsarət alan şəxsin kimliyi də məlumdur. Bu, Müdafiə naziri Zakir Həsənovun əmisi oğludur.

Ayağı sınan və müxtəlif dərəcəli bədən xəsarətləri alan bu şəxs də Müdafiə Nazirliyində çalışır.

Daxili İşlər Nazirliyinin mətbuat xidməti rəis müavini Ehsan Zahidov bildirib ki, hadisə ilə bağlı nazirliyə hər hansı bir məlumat daxil olmayıb

Tarix
2013.12.26 / 11:45
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanda bu şəxslər müharibəyə can atır - Ekspert

Zakir Həsənov azad olunmuş ərazilərdə - Foto

Sülh heç vaxt təmin olunmur - Papuaşvili

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Overçuk Zəngilanda səfərdədir: Mühüm iclas keçirildi - Foto

Sahibə Qafarova Matviyenko ilə görüşdü: AZAL təyyarəsi...

Simonyanla Qafarova ayaqüstü görüşdü - Foto

Rusiyalı iş adamlarının Qarabağda quruculuqda iştirakı...

Azərbaycan Rusiya ilə sənədlər imzaladı

Ermənistandan 960 dollara nə almışıq? - İrəvan təkzib etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla